Uzun müddətdir dünyanın müxtəlif yerlərindən insanlar kütləvi şəkildə Almaniyaya mühacirət edir, hərçənd ki, almanlar xaricdə tez-tez xilas yolları axtarırlar. Bu barədə Avstriyada dərc olunan “Kontra Maqazin” jurnalındakı yazıda bildirilir. Qeyd olunur ki, bu tendensiya gələcəkdə dah da güclənəcək və ölkəni əhalinin tamamilə dəyişdirilməsi ilə təhdid edəcək. Buna görə də məqalənin müəllifi Marko Mayer Almaniyanın islam respublikasına çevrilməsini istisna etmir. Yazıda deyilir: “Almaniyanın miqrasiya siyasəti əhalinin tamamilə dəyişdirilməsinə səbəb olmurmu? Yaxın onilliklərdə ölkə demoqrafik nöqteyi-nəzərdən necə inkişaf edəcək? Almaniyanın “Almanıstan”a çevrilmə riski var”. Onun fikrincə, son aylarda 1950-60-cı illərin Almaniyasının xatirələrinin oyanması labüddür. Bu, demoqrafik dəyişikliklərin özünü daha aşkar surətdə göstərdiyi böyük şəhərlərə adidir. Məqalə müəllifi əmindir ki, yaxın onilliklərdə bu dəyişikliklər daha aydın görünəcək. Marko Mayer bunun səbəbini uzun müddətdir dünyanın müxtəlif yerlərindən insanların davamlı şəkildə Almaniyaya kütləvi mühacirətində, çoxlu sayda almanın – ilk növbədə yüksək ixtisaslı insanların “qurtuluşu” ölkə sərhədindən kənarda axtarmasında, qalıb orada yaşamasında görür. Avstriya jurnalı qeyd edir ki, Almaniyada “əhali dəyişikliyi” haqqında danışmaq siyasi cəhətdən düzgün hesab edilmir, ancaq əhalinin “mübadilə” və ya “transferi” termini istifadə olunur. Mayerin fikrincə, son onilliyin miqrasiya siyasəti məhz bu cür adlanır. “Almaniyanın etnik tərkibi son onilliklər ərzində əhəmiyyətli dəyişikliklərə məruz qalıb və növbəti illərdə bu tendensiya “dramatikcəsinə sürətlənəcək”, – məqalə müəllifi xəbərdar edir. Almanları 2050-ci ilə qədər nə gözləyə bilər və 2100-cü ilə qədər onlarla bağlı nə olacaq? Marko Mayerin ehtimalına görə, Almaniyanın “Almaniya İslam Respublikası” olmaq riski var. “Əvvəl-axır ölkəyə müsəlmanların aktiv immiqrasiyası müşahidə olunur. Bundan əlavə, müvafiq konfessiyanın nümayəndələri arasında doğum göstəricisi xristianlar və ya ateistlərlə müqayisədə daha yüksəkdir”, – Marko Mayer “Kontra Maqazin”dəki yazısını bu sözlərlə yekunlaşdırır.(Teleqraf.com)
Almaniya islam respublikasına çevrilir - Mayer



Tik Tokun rəhbəri İŞİNDƏN AYRILDI
Trumpdan Almaniyaya çox sərt ifadə : "Rusiyanın əsiri"
Bu şəxslərə vətəndaşlıq verilməyəcək – QANUN DƏYİŞDİ
Merkeldən sərt reaksiya: “İslam Almaniyaya aiddir”
Alman naziri: İslam Almaniyanın dini deyil
Almaniya kansleri ilə Ukrayna Prezidenti arasında telefon danışığı olub
BMT: Azərbaycan növbəti yüz il ərzində lider mövqeyini qoruyacaq
Almaniyanın deputatları Azərbaycana gəlir
Almaniyanın axtardığı azərbaycanlı Fransada tutuldu
Azərbaycanda nə qədər erməni yaşayır?
Haitidə iğtişaşlara görə səfirlər və Aİ diplomatları ölkəni tərk etdilər
Almaniyanın “yaponsayağı” şəhəri
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 