AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin nəslinin davamçıları, ədibin hazırda Polşada yaşayan nəticəsi Martin Cavanşiri və kötükcəsi Pşemislav Cavanşiri ilə görüşüb. Akademiyadan ONN media-ya verilən məlumata görə, görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də iştirak edib. Cəlil Məmmədquluzadənin zəngin ədəbi-bədii yaradıcılığından danışan akademik Ramiz Mehdiyev bildirib ki, görkəmli yazıçının Azərbaycan xalqı qarşısında böyük xidmətləri var. Mirzə Cəlil hekayə və dramlarında, publisistik əsərlərində Azərbaycan xalqının inkişafına çalışıb, milli istiqlal uğrunda mübarizə aparıb. Ədib haqqında çoxsaylı kitablar, əsərlər və məqalələr yazılıb. AMEA-nın prezidenti müasir dövrdə Polşa ilə Azərbaycan arasında müxtəlif sferalarda əlaqələrin olduğunu deyib. Həmçinin qeyd edib ki, polşalılar uzun illər Azərbaycanda yaşayıb-yaradıb, polşalı memarlar tarixi binalar tikiblər. Akademik Ramiz Mehdiyev Cəlil Məmmədquluzadənin nəslinin davamçılarının tapılması istiqamətində uzun illər araşdırmaların aparıldığını bildirib. Qeyd edib ki, onların səfəri zamanı ulu babaları Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı ilə tanış olmaq üçün lazımi şərait yaradılıb. Sonra akademik Ramiz Mehdiyev qonaqlara Naxçıvan xalçası hədiyyə edib. Daha sonra çıxış edən Martin Cavanşiri Azərbaycana dair təəssüratlarını bölüşüb. O, ölkəmizə ilk dəfə səfər etdiyini və böyük maraqla qarşılandığını deyərək, ulu babasının Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilməsinin son dərəcə təsirli və həyəcanlı, eyni zamanda, qürurverici hadisə olduğunu vurğulayıb. Bundan əlavə, o, Polşaya qayıdan zaman Azərbaycan və burada öyrəndikləri haqqında xoş təəssüratlarını ailəsinə, yaxın qohumlarına və geniş ictimaiyyətə çatdıracaqlarını bildirib. Martin Cavanşiri onları AMEA-da qəbul etdiyinə görə akademik Ramiz Mehdiyevə dərin minnətdarlığını ifadə edib.
Ramiz Mehdiyev Cəlil Məmmədquluzadənin nəticəsinə xalça hədiyyə etdi



Cəlil Məmmədquluzadənin nəticəsi ilk dəfə Azərbaycanda
Mir Cəlalın nəticəsi Azərbaycana necə gəldi?
Ramiz Mehdiyevə daha bir vəzifə verildi
Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd ediləcək
Ramiz Mehdiyevdən yeni təyinatlar
Ramiz Mehdiyev KARDİNAL DƏYİŞİKLİKLƏRƏ BAŞLAYIR
Ramiz Mehdiyev Ağahüseyn Şükürova YÜKSƏK VƏZİFƏ VERDİ
Akademiklər toplandı: Nə baş verir?
Ramiz Mehdiyev bu gün istefa verəcək? - Toplantı olacaq
AMEA-dan Ramiz Mehdiyevlə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Ramiz Mehdiyev yeni direktor təyin etdi
Ramiz Mehdiyev onu İŞDƏN ÇIXARDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 