Xəbər verdiyimiz kimi, ötən günlərdə Almaniyada mühacir biznesi ilə məşğul olan xeyli sayda azərbaycanlı saxlanıb və bəziləri haqqında Almaniya məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Məsələ ilə bağlı politoloq, beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev ONN media-ya açıqlama verib. Ekspert bildirib ki, indi mühacir biznesi ilə bağlı çox şey danışmaq olmaz: "Sadəcə onu demək olar ki, Almaniya qanunvericiliyində təqsirləndirilən şəxslə bağlı həbs qətimkan tədbiri seçilirsə, deməli, həmin şəxsin cinayət törətməsi ilə bağlı şübhə böyükdür. Əgər ciddi şübhə olmasaydı, hər halda o şəxslər barəsində həbs qətimkan tədbiri seçilməzdi". Fərhad Mehdiyevin sözlərinə görə, Azərbaycandan qanunsuz yollarla gedən miqrantlar vətəndaşlıq almayıblarsa, onları deportasiya etmək olar: "Əgər vətəndaşlıq alıblarsa, onları deportasiya etməyəcəklər. Bir məsələ var ki, ola bilsin, onlar cinayət məsuliyyətinə cəlb olunsun. Belə olan halda, Almaniya həbsxanalarında cəzalarını çəkdikdən sonra deportasiya olunacaqlar. Bildiyim qədərilə, bu şəxslərin çoxu Almaniya vətəndaşlığı almayıblar. Bu, o deməkdir ki, onlar böyük ehtimal deportasiya olunacaqlar. Ancaq bu prosesdən əvvəl cəza çəkmə ehtimalları da yüksəkdir". Ekspertin sözlərinə görə, onların ailələri ilə birgə deportasiya olunma ehtimalları da var: "Mühacirət elə bir şeydir ki, ailə başçısına mühacir statusu verilirsə, o zaman həmin şəxsin ailə üzvlərinə də həmin status verilir. Ailə üzvlərinin orada qalması ancaq bu halda mümkündür ki, onlar özləri siyasi təqibə məruz qalsın. Bu ehtimal olduqca aşağıdır. Onu da deyim ki, Almaniya orqanları həmişə bu cür şikayətləri, müraciətləri peşəkarcasına, diqqətlə araşdırır. Ən son məlumatlara əsasən bir qənaətə gəlirlər. Çünki ən çox mühacir məhz Almaniyaya müraciət etdiyinə görə bu, belə olur". Hüquqşünas bildirib ki, mühacirət hüququ ölkədən-ölkəyə fərqlənir. Ailə başçısının özü mühacirət hüququndan məhrum edilirsə, onun cəza çəkdiyi müddətdə ailəsinin geri göndərilmə ehtimalı yüksəkdir.
Xaricə köçən azərbaycanlılara ŞOK XƏBƏR



Həbs edilən qazidən YENİ XƏBƏR
XİN-dən azərbaycanlı müxalifətçilərin Almaniyada həbsinə REAKSİYA
XİN-in həbsdə olan iki vəzifəli şəxsi ev dustaqlığına buraxıldı
Ana və övladlarını öldürən şəxs həbs edildi
Ata Abdullayevlə bağlı qərar verildi
Avtoşluq edən əsgərlə bağlı ŞOK FAKTLAR- SƏN DEMƏ...
Azərbaycanlılara işgəncə verən ermıni həbs edildi
DTX-nın saxladığı vəzifəli şəxslərin aqibəti necə oldu?
Fədayə Laçından xəbər var
Sevinc Abbasova ilə bağlı xəbər var
Tanınmış prodüserdən YENİ XƏBƏR
Sabiq icra başçısı barəsində həbs qətimkan tədbiri seçildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 