Bakıda 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçının həbs müddəti yenidən uzadılıb.
ONN media xəbər verir ki, bunu çıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı deyib.
Vəkil bildirib ki, Nəsimi rayon məhkəməsi istintaq orqanının təqdimatı əsasında F.Laçının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb. Həbs müddəti avqustun 23-dək artırılıb.
Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan qabaq, F. Laçın barədə olan həbs qərarı bir dəfə uzadılıb və onun həbs müddəti mayın 23-də başa çatırdı.



Fədayə Laçınla bağlı xəbər var
Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü - SƏBƏB?
Vəkil Fədayə Laçına şərti cəza istədi
Fədayə Laçının məhkəməsi təxirə salındı - SƏBƏB?
Fədayə Laçın və digərlərinin məhkəmə istintaqı yekunlaşdı
Fədayə Laçınla bağlı son məlumat
Fədayə Laçının növbəti MƏHKƏMƏSİ
İcra başçılarının həbs müddəti uzadıldı
Ata Abdullayevlə bağlı qərar verildi
Müğənni Fədayə Laçının həbs müddəti ilə bağlı qərar
DTX-nın saxladığı vəzifəli şəxslərin aqibəti necə oldu?
Avtoşluq edən əsgərlə bağlı ŞOK FAKTLAR- SƏN DEMƏ...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 