Elmira Süleymanova Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə 3 nəfərin namizədliyinin irəli sürülməsinə münasibət bildirib. ONN media xəbər verir ki, E.Süleymanova "Report"a açıqlamasında namizədlərin irəli sürülməsi məsələsindən jurnalistlərdən əvvəl məlumatlı olduğunu deyib. "Jurnalistlər də bu məsələ haqqında kifayət qədər məlumatlanıblar. Ona görə də rahat olun", - deyə E.Süleymanova bildirib. Qeyd edək ki, sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılacaq. Bu vəzifəyə Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya Məhkəməsindən 3 xanımın namizədliyi irəli sürülüb. Həmin namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır. Məsələ MM-in komitə iclasında müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunacaq. MM-in plenar iclası isə noyabrın 25-də keçiriləcək. Xatırladaq ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra edir. E.Süleymanova 2002-ci ildən Ombudsmandır. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.
Ombudsman danışdı: "Rahat olun"



Elmira Süleymanova yola salınır - Yeni Ombudsman seçiləcək
Milli Məclis bu gün yeni ombudsmanı seçəcək
Siyavuş Novruzovun xanımı ombudsman seçildi
Azərbaycanın yeni Ombudsmanı kimdir? - DOSYE
Yeni ombudsman kollektivə təqdim olundu
İlham Əliyev sərəncam imzaladı
Yeni medal təsis oldu- Prezident təsdiqlədi
Səbinə Əliyeva Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü
Səbinə Əliyevanın maaşı artırıldı
Tanınmış jurnalistə Ombudsman Aparatında YÜKSƏK VƏZİFƏ verildi
Elinanın ölümü ilə bağlı Qaralova müraciət etmişəm - Ombudsman
Elmira Süleymanovaya yeni vəzifə verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 