Bu gün Milli Məclisin iclasında İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) seçilməsi haqqında məsələyə baxılıb. ONN media xəbər verir ki, ombudsmanlığa üç nəfərin namizədliyi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra məsələ deputatların səsverməsinə çıxarılıb və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun həyat yoldaşı Səbinə Əliyeva İnsan Hüquqları üzrə Müvəkkili seçilib. Belə ki, iclasda iştirak edən deputatlardan 104 nəfər onun Ombudsman olmasının lehinə səs verib. Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə doğulub. O, Bakı Dövlət Universitetini bitirib. Daha sonra isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsilini davam etdirib (Beynəlxalq münasibətlər). İxtisasca hüquqşünasdır. S.Əliyeva 2000-ci ildən Konstitusiya Məhkəməsində çalışır. Daha əvvəl müfəttiş-kargüzar, böyük mütəxəssis, Konstitusiya Məhkəməsi Aparatının rəhbərinin köməkçisi vəzifələrində çalışıb. S.Əliyeva hüquq üzrə fəlsəfə doktorudur. O, "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 3-cü dərəcəli Dövlət müşaviridir. Hazırda Konstitusiya Məhkəməsi Aparatının rəhbərinin müavini vəzifəsini tutur. İki övladı var. Qeyd edək ki, bu vəzifəyə Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədliyi irəli sürülmüşdü.
Azərbaycanın yeni Ombudsmanı kimdir? - DOSYE



Siyavuş Novruzovun xanımı ombudsman seçildi
Milli Məclis bu gün yeni ombudsmanı seçəcək
Yeni ombudsman kollektivə təqdim olundu
Ombudsman danışdı: "Rahat olun"
Elmira Süleymanova yola salınır - Yeni Ombudsman seçiləcək
Səbinə Əliyeva Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü
Ombudsman Səbinə Əliyevanın fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Milli Məclis Ombudsmanın hesabatını təsdiq etdi
Səbinə Əliyevanın maaşı artırıldı
Ombudsman bu hallarda istefaya göndərilə bilər – SİYAHI
İlham Əliyev sərəncam imzaladı
Bu şəxslərin maaşı artırıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 