yorğunluğun əsas səbəblərindən biri kimi dəmir çatışmazlığı göstərilir. Dəmir çatışmazlığı daimi yorğunluğa səbəb olduğu üçün bir çox xəstəliklərin yaranma riskini artırır.
ONN media xəbər verir ki, daxili xəstəliklər üzrə türkiyəli həkim Sedat Işık dəmir çatışmazlığı haqqında vacib məlumatları paylaşıb:
“Dəmir çatışmazlığının ən vacib səbəbi tərkibində dəmir olan məhsulların istifadə edilməməsidir. Eyni zamanda süd və süd məhsullarının həddən artıq istifadəsi bağırsaqlarda dəmirin udulmasına mane olur. Çay, kola və qəhvə kimi kofeinli içkilər də dəmir çatışmazlığına səbəb olur. Dəmir çatışmazlığının digər bir səbəbi uşaqlıqda zəruri qidaların lazımı səviyyədə qəbul edilməməsidir. Qadınlarda həddindən artıq menstruasiya qanaxması, ağrıkəsicilərin davamlı istifadəsi, qeyri-sağlam qidalnma dəmir çatışmazlığının səbəbi kimi göstərilə bilər.
Fiziki yorğunluq və halsızlıq, əllərdə və ayaqlarda uyuşma, dırnaqların tez qırılması, saç tökülməsi, konsentrasiyanın pozulması, pis əhval-ruhiyyə, dəri rənginin solğunluğu və tez-tez baş ağrısı dəmir çatışmazlığının əsas əlamətləridir.
Müalicə üçün həkim lazımı müayinələri etdikdən sonra bir müalicə xəritəsi hazırlayır. Bu xəritəyə xəstənin əvvəlki xəstəlikləri, istifadə olunan dərmanlar, simptomlar və müayinələrin nəticələri daxil edilir. Burada ən vacib məqam dəmir çatışmazlığına səbəb olan amilin müalicəsidir".
Daha sonra həkim dəmir çatışmazlığı problemini aradan qaldıran qidaları açıqlayıb:
"Qırmızı ət (dalaq, qaraciyər, ürək), süd və süd məhsulları, yumurta, fındıq, kətan toxumu, qoz, badam, paxlalı bitkilər, qara tut, üzüm kimi meyvə qurularına tez-tez üstünlük vermək lazımdır. Yeni doğulmuş uşaqların ilk 6 ayında dəmirlə zəngin ana südü ciddi əhəmiyyət daşıyır. Körpəyə əlavə yemək verilməzdən əvvəl inək südünə keçmək olmaz. Bu erkən yaşda anemiyaya səbəb ola bilər.
Tərkibində C vitamini olan məhsullar (sitrus meyvələri, yaşıl bitkilər və s.) da qidalanmaya əlavə olunmalıdır. Artan dəmir çatışmazlığını normallaşdırmaq üçün dəmir həbləri qəbul edilə bilər. Körpələrdə isə dəmir tərkibli qidaların sayını artırmaq lazımdır. Qəhvə və çay kimi kofeinli içkiləri, yeməkdən dərhal sonra içməyin"



Həkimdən XƏBƏRDARLIQ: uşaqlarınızda bu əlamətlər varsa...
Orqanizmdə dəmir çatışmazlığını göstərən 10 ƏLAMƏT
Bu mineral çatışmazlığı qadın və uşaqları öldürə bilər
Orqanizmdə DƏMİR çatışmazlığına işarə edən gizli əlamətlər nələrdir?
Üzüm bəhməzinin bilinməyən faydaları
Uşaqlarınıza bu yeməkləri verməyin - Xəbərdarlıq
Bu əlamətlər hansı vitamin çatışmamazlığına işarədir
Dəmir yolunda niyə gecikmələr olub?
Xankəndiyə dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır - RƏSMİ
Saç tökülməsinin qarşısını necə almaq olar?
Dəmir yolu üzrə gediş haqqı artırılacaq?
Azərbaycan və İran arasında dəmir yolları üzrə əməkdaşlıq sazişi imzalandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 