Dəmir bədən üçün həyati əhəmiyyətli mikroelementdir. Onun çatışmazlığı bütün orqanizmə təsir edir. Dəmirin defisiti nadir hallarda həyati təhlükə yaratsa da, əhvalımızı kifayət qədər pisləşdirə bilər. ONN media publika -ya istinadən bu yazıda oxucuları dəmirin çatışmazlığının 10 simptomu ilə tanış edib. 1. Solğunluq Dəriyə sağlam və çəhrayı rəng verən qırmızı zülallar və hemoqlobin ifraz etmək üçün bədənə dəmir lazımdır. 2. Dil rənginin dəyişməsi Dəmirin defisiti nəticəsində hemoqlobinin aşağı düşməsi dilin solğunluğuna gətirib çıxara bilər. Bədəndə dəmir çatışmazlığı mioqlobinin səviyyəsinin də azalmasına və dilin şişməsi və ya iltihablanması ilə yekunlaşa bilər. 3. Saçlar tökülür Menstruasiyanı ağır keçirən qadınlarda və vegetarianlarda dəmir çatışmazlığı olduğu üçün onlar həddindən artıq saç tökülməsinə məruz qalır. 4. Kövrək dırnaqlar Dırnaqlar keratindən və dırnaq təbəqəsini qoruyan proteindən ibarətdir. Dırnaqlar oksigenə ehtiyac duyur, lakin hemoqlobin olmadıqda oksigen bədəndə dövr etmir. 5. Təngənəfəslik Əgər gündəlik adi işləri yerinə yetirərkən boğulduğunuzu hiss edirsinizsə, bunun səbəbi dəmir çatışmazlığıdır. Dəmir çatışmazlığından dolayı hemoqlobin və oksigen səviyyəsi də aşağı düşəcək. 6. Baş ağrıları Dəmir çatışmazlığı nəticəsində meydana gələn oksigen çatışmazlığı baş ağrıları doğura bilər. 7. Əl və ayaqlarınız həmişə soyuqdur Soyuq qan dövranı onu göstərir ki, qan əl və ayaq kimi uzaq orqanlara yaxşı çata bilmir. 8. Qıcolmalar Dəmir çatışmazlığı olan insanlarda narahat ayaq sindromuna daha çox rast gəlinir. Sinir sisteminin pozulması yuxu zamanı ayaqları hərəkətə gətirmək arzusu doğurur. 9. Ürək döyünməsinin çoxalması Dəmirin çatışmazlığı nəticəsində hemoqlobinin aşağı düşməsi ürəyi daha çox işləməyə (oksigeni bütün orqanizmə bərabər paylamaq üçün) məcbur edir. 10. Daimi yorğunluq Dəmir azlığı bir çox insanlarda zəiflik, enerji itkisi, diqqət konsentrasiyasının pozulması və ya əvvəllər diqqətinizi çəkən bir çox şeyə marağın itməsinə səbəb olur.
Orqanizmdə dəmir çatışmazlığını göstərən 10 ƏLAMƏT



Həkimdən XƏBƏRDARLIQ: uşaqlarınızda bu əlamətlər varsa...
Orqanizmdə DƏMİR çatışmazlığına işarə edən gizli əlamətlər nələrdir?
Bu mineral çatışmazlığı qadın və uşaqları öldürə bilər
Qırmızı ətin faydaları
Bu əlamətlər hansı vitamin çatışmamazlığına işarədir
Dırnaqlar nə üçün soyulur? - Səbəblər və çarələri
Bu vitaminlərin çatışmamazlığı beyinə ciddi təsir edir
Bu insanlarda daha çox D vitamini çatışmazlığı olur
ADY-dən müraciət: Onların həyatı risk altına düşür
İnsan niyə ac qala bilmir? - ELMİ CAVAB
İnsan niyə ac qala bilmir? - ELMİ CAVAB
Ekspert ətin orqanizmə təsiri haqqında BÜTÜN HƏQİQƏTLƏRİ AÇDI
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 