Bakı Dövlət Universitetinin 2№-li yataqxanasında baş verən zəhərlənmə hadisəsi ilə bağlı yeni məlumat yayılıb.
Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən tələbələrinin vəziyyəti normaldır: "Bu gün səhər universitetin rektoru və müşaviri xəstəxanada tələbələrin yanında olublar. Tələbələr özlərini yaxşı hiss edir, gəzir, yemək yeyirlər. Onlar həkimlərin tam nəzarəti altındadırlar. Yaxın günlərdə evə buraxılacaqlar. Hətta onlar oxumaq üçün kitab istəyiblər. Tələbələrimizə şəfa diləyir və tezliklə sağalmalarını arzulayırıq".
Xatırladaq ki, hadisə Mətbuat prospekti 36 ünvanında olub. Təcili tibbi yardıma daxil olan müraciətdən sonra həkim briqadası ünvana baş çəkdikdə huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıb. Huşsuz vəziyyətdə tapılan qızların ağzından qan gəlib. Tələbə qızlardan biri dünyasını dəyişib. Zəhərlənənlər Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və informasiya fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızıdır. Dünyasını dəyişən Xasmədova Şəkər isə BDU-nun Fizika fakültəsində təhsil alırmış.


BDU-dan zəhərlənən tələbələrlə bağlı yeni açıqlama
BDU-da hadisə- Ölənlər var
BDU-dan vəziyyəti pisləşən tələbələrlə bağlı AÇIQLAMA (YENİLƏNDİ)
Bakıda daha 6 tələbə qız zəhərləndi - Açıqlama
BDU-nun zəhərlənən tələbələrindən YENİ XƏBƏR
Tələbə qızlara qəsd ola bilər: əlamətlər... – Professordan şok
BDU-nun iki tələbəsinin vəziyyəti PİSLƏŞDİ - Xəstəxanaya aparıldılar
Daha iki tələbə zəhərləndi
Məşhur ticarət mərkəzində kütləvi zəhərlənmə
İranda vəhşilik yoxsa təsadüf?: 500-dən çox tələbə zəhərləndi
Xalq artisti evində huşsuz vəziyyətdə tapıldı
Azərbaycanda bir ailənin dörd üzvü dəm qazından zəhərləndi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 