Bakıda iki tələbə qidadan zəhərlənib.
Səhiyyə Nazirliyindən ONN media-ya verilən məlumata görə, Nizami rayonunun NZS qəsəbəsində iki nəfərin qidadan zəhərlənməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 07:59 da daxil olub.
Ünvana gedən həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər.
3 saylı şəhər xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər. Onlara lazımı tibbi yardım göstərilib. Müalicələri davam edir.
***
Azərbaycan Qida Təhlukəsizliyi Agentliyi (AQTA) Nizami rayonu NZS qəsəbəsində tələbələrin zəhərlənməsi ilə bağlı məlumat yayıb.
Agentlikdən bildirilib ki, zəhərlənmə ehtimalı barədə məlumat AQTA-ya daxil olduqdan dərhal sonra Agentlik əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:
"İlkin məlumatda tələbələrin ev şəraitində hazırlanmış turşulardan istifadə etdiyi bildirilir. Hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəbləri, qida zəhərlənməsi olub olmaması istiqamətində araşdırma aparılır. Araşdırmaların yekun nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək".



Bakıda bir neçə tibb müəssisəsində xəstə və həkimlər zəhərləndi - TƏBİB
Bərdədə 5 nəfər qidadan zəhərləndi?- Rəsmi
BDU-da hadisə- Ölənlər var
İsmayıllıda kütləvi zəhərlənmə: Mütəxəssislər hadisə yerində
Bakıda daha 6 tələbə qız zəhərləndi - Açıqlama
Azərbaycanda iftarda 10 nəfər zəhərləndi
Bakıda bir ailənin 6 üzvü qidadan zəhərləndi
Oteldə zəhərlənmə qidadan deyil - Rəsmi
Məktəbdə zəhərlənmə: şagirdlər xəstəxanaya yerləşdirildi
Şamaxıda kütləvi zəhərlənmə baş verib
BDU-dan vəziyyəti pisləşən tələbələrlə bağlı AÇIQLAMA (YENİLƏNDİ)
Azərbaycanda azyaşlı çipsdən zəhərlənib? - AQTA-dan açıqlama
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 