2019-cu ilin noyabr ayının 25-də Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, DSX Sərhəd Nəzarətinin vəzifəli şəxslərinin və sərhəd nəzarəti məntəqələrinin rəislərinin iştirakı ilə dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar xidməti müşavirə keçirilib. ONN media xəbər verir ki, xidməti müşavirədə general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında görülmüş işlər nəticəsində son illər ərzində xarici ölkələrlə sosial-iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı faydalı ticarət əlaqələrinin genişləndirilməsi və ölkəmizə turizm axının artması ilə əlaqədar dövlət sərhədindən buraxılış məntəqələrindən keçən şəxslərin və nəqliyyat vasitələrinin sayının ciddi artımı şəraitində DSX-nin sərhəd nəzarətinin xidməti fəaliyyətinin daha da gücləndirilməsinin mühüm əhəmiyyət kəsb etməsini qeyd edib. Dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyətinin statistik göstəricilərində müsbət dinamikanın müşahidə olunması, bu nailiyyətlərin əldə olunmasında həyata keçirilmiş islahatların və struktur dəyişikliklərin mühüm rol oynaması vurğulanıb. Belə ki, cari ildə 15 milyon 612 min 117 şəxs (2018-ci il ilə nisbətdə 11% artım) və 1 milyon 960 min 403 nəqliyyat vasitəsi (2018-ci il ilə nisbətdə 12% artım) dövlət sərhədindən buraxılıb, saxta və özgəsinə məxsus sənədlərlə dövlət sərhədindən keçməyə cəhd edən 505 nəfər, axtarışda olduğuna görə 4 min 458 nəfər saxlanılıb. Sərhəd nəzarəti məntəqələrinin fəaliyyətində əldə olunmuş nailiyyətlərin qorunub saxlanılmasının və daha da artırılmasının mühümlüyü xüsusi vurğulanıb. Sərhəd nəzarətinin vəzifəli şəxslərinin məruzələri, o cümlədən dövlət sərhədindən keçən şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd nəzarətinin keçirilməsi müddətlərinin maksimal azaldılması və sürətli keçidinin təmin olunması üzrə təklifləri dinlənilib, xidməti fəaliyyətin təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Dövlət sərhədindən buraxılış məntəqələrində etik davranış qaydalarının və vətəndaşların hüquqlarının pozulması, onlara qarşı kobudluq edilməsi, korrupsiya hallarına və xidməti pozuntulara qarşı ciddi mübarizə aparılması, təkcə cari il ərzində xidmətlərində yol verdikləri nöqsanlara görə 55 hərbi qulluqçunun sərhəd nəzarəti sahəsindən kənarlaşdırılması qeyd edilib. Xidməti müşavirədə DSX-nin Sərhəd Nəzarətinin “Şıxlı” sərhəd nəzarəti məntəqəsinin rəisi polkovnik-leytenant Gündüz Qafarov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırıləb. Müşavirənin sonunda normativ-hüquqi aktların və rəhbər sənədlərin tələblərinə riayət olunması, dövlət sərhədindən buraxılış məntəqələrində xidmətə nəzarətin daha da gücləndirilməsi istiqamətində əlavə tapşırıqlar verilib.
Generaldan SƏRT ADDIM: müşavirə zamanı polkovniki işdən çıxardı və...



Sərhəddə vəziyyət necədir?
Elçin Quliyev Azərbaycan-Rusiya sərhədində
Elçin Quliyev Ermənistanla sərhəddə
Elçin Quliyev Gürcüstan sərhəddində
Təmas xəttində yeni hərbi hissə istifadəyə verildi - FOTO
Gorus-Qafan yolu üzərində sərhəd nəzarət postu istifadəyə verilib
Daha bir əsgərimiz şəhid oldu
AMEA ilə Dövlət Sərhəd Xidməti arasında Niyyət Sazişi imzalanıb
Elçin Quliyev müşavirə keçirdi: Tapşırıqlar verildi
Ermənistanla sərhəddə növbəti hərbi hissə fəaliyyətə başladı
Elçin Quliyev məşhur generalı yeni vəzifəyə təyin etdi
Bu ölkə Naxçıvanla sərhədini açdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 