Bu gün Dövlət sərhəd xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədində “Qazax” sərhəd dəstəsinin hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb, sərhəd döyüş məntəqələrində şəxsi heyətlə görüşüb, xidməti və yaşayış şəraitlərinə baxış keçirib.
ONN media xəbər verir ki, bu barədə DSX-nın mətbuat xidməti məlumat yayıb.
E.Quliyev dövlət sərhədində zəruri müdafiə infrastrukturunun yaradılması məqsədilə görülən işlərlə tanış olub.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və “Qazax” sərhəd dəstəsinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində zəruri tapşırıqlar verilib.
Xatırladaq ki, 29-30 aprel tarixlərində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd döyüş məntəqələri Ermənistanın Silahlı Qüvvələrinin bölmələri tərəfindən bir neçə istiqamətdən günün müxtəlif vaxtlarında iri çaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub.



Elçin Quliyev Gürcüstan sərhəddində
Əsgərimiz şəhid oldu: General dərhal sərhədə getdi - Foto
Elçin Quliyev Ermənistanla sərhəddə
Təmas xəttində yeni hərbi hissə istifadəyə verildi - FOTO
Döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyəti yoxlanılıb
Generallar cəbhə xəttindəki hərbi hissədə
Elçin Quliyev Ermənistanla sərhədə gedib
Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhədə gedib
Qazaxda erməni təxribatı - DSX məlumat yaydı
Daha bir əsgərimiz şəhid oldu
Ermənistanla sərhəddə növbəti hərbi hissə fəaliyyətə başladı
Ermənilər Azərbaycanın sərhəd döyüş məntəqələrini atəşə tutdu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 