Ukrayna əhalisinin demək olar ki, 63 faizi ölkə Prezidenti Vladimir Zelenskinin fəaliyyətini dəstəkləyir. ONN media xəbər verir ki, bu barədə məlumat Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun və İlko Kuçeriv adına “Demokratik təşəbbüs” fondunun apardığı ictimai rəy sorğusunun nəticələrində öz əksini tapıb. Məlumata əsasən, rəyi soruşulan insanların 63 faizi Vladimir Zelenskinin siyasi kursuna dəstək verir, 13 faizi mənfi yanaşır, 24 faizi isə onun fəaliyyətinə qiymət verməyə çətinlik çəkir. Bununla yanaşı, respondentlərin 75 faizi Ukrayna Prezidentinin Donbasda münaqişənin nizamlanmasına dair rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparması təşəbbüsünü dəstəkləyir. Ukraynalıların 59 faizi Vladimir Zelenskinin qoşunları təmas xəttindəki üç pilot sahədən geri çəkmək barədə qərarına müsbət, 26 faizi isə mənfi yanaşır. Eyni zamanda, yeni hakimiyyətin bəzi addımları Ukrayna əhalisi arasında neqativ qarşılanıb. Belə ki, rəyi soruşulanların 58 faizi prezidentin torpaq islahatlarını bəyənmir və yalnız 24 faizi bunu uğurlu sayır. İri dövlət müəssisələrinin özəlləşdirilməsi barədə qərar isə respondentlərin 55 faizinin narazılığına, 22 faizinin isə dəstəyinə səbəb olub. Şans oyunları biznesinin qanuniləşməsi təşəbbüsü də ukraynalılar arasında populyarlıq qazanmayıb (49 faiz əleyhinə, 38 faiz lehinə). Əhalinin ümumilikdə Ukrayna prezidentinin və hökumətin kursuna müsbət yanaşmasına baxmayaraq, respondentlərin 39 faizi ölkənin düzgün istiqamətdə hərəkət etməməsi qənaətindədir. Buna baxmayaraq, prezident və parlament seçkilərində iştirak edənlərin 82 faizi düzgün seçim etdiklərini düşünür. Sorğu 2019-cu il noyabrın 4-19-da Ukraynanın bütün regionlarından olan 2041 nəfər arasında keçirilib.(axar.az)
Zelenskiyə böyük dəstək



Azərbaycanda mehmanxanaların gəlirlərinin məbləği AÇIQLANDI
Bakıda yoluxma ən çox bu rayondadır - STATİSTİKA
Virus Bakının bu ərazilərində daha çox YAYILIB
Azərbaycan əhalisinin sayı nə qədər artıb?
Azərbaycana gələn turistlərin sayı açıqlandı
Bakıda ən çox yoluxma bu rayonlardadır
Azərbaycanlılar xarici səfər üçün ən çox hansı ölkəni seçirlər?
Ölkə əhalisi pullarını ən çox nəyə xərcləyib?
ŞAD XƏBƏR! Azərbaycanın bu bölgəsində koronavirus bitdi
Azərbaycan vətəndaşlarının 73,30 faizi Prezidentin fəaliyyətindən tam razıdır - SORĞU
Azərbaycan hotellərində daha çox qalan hansı ölkə turistləridir?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 