Bu ilin yanvar-iyun aylarında ölkə üzrə mehmanxanalarda 1327,5 min gecələmə keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur. ONN media bildirir ki, gecələmələrin 63,3 faizi Bakıda, 8,7 faizi Qəbələdə, 4 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,8 faizi Qusarda, 3,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,6 faizi Xaçmazda, 1,3 faizi Mingəçevirdə, hər birində 0,9 faiz olmaqla Qax və Gəncədə, 8,2 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2 faiz artaraq 954,2 min olub ki, bu da ümumi gecələmələrin 71,9 faizini təşkil edir. Gecələmələrin 12,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 12,2 faizi Rusiya 8,7 faizi Səudiyyə Ərəbistanı, 5,9 faizi Hindistan, 5,6 faizi İsrail, 5,4 faizi Türkiyə, 5,0 faizi İran, 3,8 faizi Böyük Britaniya, 3,3 faizi Küveyt, 2,1 faizi ABŞ, 2,0 faizi Pakistan, 1,9 faizi Qətər, hər biri üzrə 1,5 faiz olmaqla Qazaxıstan və İraq, 1,3 faizi Çin, 1,2 faizi Almaniya, 25,7 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 77,6 faizi Bakı şəhərində, 7,9 faizi Qəbələdə, hər birində 3,4 faiz olmaqla Naxçıvan Muxtar Respublikasında və Naftalan şəhərində, 3 faizi Qubada, 2,1 faizi Qusarda, 2,6 faizi isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 5,5 faiz artaraq 373,3 minə çatıb.
Azərbaycan hotellərində daha çox qalan hansı ölkə turistləridir?



Azərbaycanda mehmanxanaların gəlirlərinin məbləği AÇIQLANDI
Ölkəyə gələn turistlərin sayı artacaq
Bu il Azərbaycana nə qədər turist gəlib?
Azərbaycana gələn turistlərin sayı açıqlandı
Xaricə gedən azərbaycanlılar ən çox haranı seçirlər?
Ölkəmizə Çin və Yaponiyadan da turist axını artıb
Vətəndaşlarımız ən çox hansı ölkəyə səfər edirlər?
Xaricə gedən azərbaycanlı turistlərin sayı nə qədər artıb?
Azərbaycan əhalisinin sayı nə qədər artıb?
Azərbaycanlılar xarici səfər üçün ən çox hansı ölkəni seçirlər?
Bu il Azərbaycana 2,2 milyon əcnəbi gəlib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 