Prezident İlham Əliyev “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli 927 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb. ONN media xəbər verir ki, “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 5 fevral tarixli sərəncamına əsasən, Azərbaycanın 12 şəhər və rayonunda 237 çoxmənzilli binanın lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.64-cü bəndində göstərilmiş məbləğin 40 milyon manatı sərəncama əlavə edilmiş siyahıya uyğun olaraq şəhər, rayon icra hakimiyyətlərinə ayrılıb. Həmin 237 çoxmənzilli binada 751 istismara yararsız lift olub.
Dəyişikliyə əsasən, ayrılan vəsait hesabına 237 deyil, 266 çoxmənzilli binanın lift təsərrüfatının maddi-texniki bazası möhkəmləndiriləcək. 266 çoxmənzilli binada 798 istismara yararsız lift var. Sərəncam çərçivəsində ayrılan 31 milyon 956,20 manat hesabına Bakı şəhəri üzrə binanın lift təsərrüfatının maddi-texniki bazası möhkəmləndiriləcək çoxmənzilli binaların sayı da 146-dan (542 istismara yararsız lift) 170-ə (581 istismara yararsız lift) qaldırılıb.Ölkə başçısı daha bir sərəncam imzaladı: yararsız liftlər...



Prezidentdən bu rayonlarla bağlı MÜHÜM SƏRƏNCAM
Azərbaycanda binaların lift təsərrüfatı yaxşılaşdırılacaq - SƏRƏNCAM
Bu şəxslər üçün çoxmənzilli bina tikiləcək - SƏRƏNCAM
Prezident AzTV-yə 3 milyon manat ayırıb
İlham Əliyev sərəncam imzaladı
Azərbaycanda binaların dam örtükləri təmir ediləcək - SƏRƏNCAM
Prezident 10 milyon manat ayırdı - SƏRƏNCAM
Prezident sərəncam imzaladı
Bakı sakinlərinə şad xəbər
Prezident sərəncam imzaladı - 40 milyon manat ayrıldı
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam imzalayıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 