Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi paytaxtda çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Almaniyanın "Wittur Holding GMBH" şirkəti ilə müqavilə imzalayıb. Bakı Şəhər İcra Hakimiyyətindən ONN media-ya verilən məlumata görə, müqavilə əsasında bu ilin sonuna kimi 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub. Hazırda 63 ədəd lift gətirilib və paytaxtın Nizami rayonunda quraşdırılmasına başlanır. Bu ilin sonuna kimi bütün liftlərin gətirilməsi və quraşdırılması həyata keçiriləcək. Hazırda gətirilən liftlərin birinci hissəsi Nizami rayonu, Qara Qarayev prospekti 47 ünvanında yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında quraşdırılmağa başlanılıb. Bildirilib ki, Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlər dəyişdiriləcək. Bağlanan müqavilələr və görülən işlərə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət olunacaq.
Bakı sakinlərinə şad xəbər



Bakıda yeni liftlərin quraşdırılması davam edir - FOTOLAR
Ölkə başçısı daha bir sərəncam imzaladı: yararsız liftlər...
Azərbaycanda binaların lift təsərrüfatı yaxşılaşdırılacaq - SƏRƏNCAM
Prezident maraqlandı, meriya hərəkətə keçdi
Prezidentdən bu rayonlarla bağlı MÜHÜM SƏRƏNCAM
Bakıda fəhlə faciəvi şəkildə ölüb
Bakıya gətirilən zibil konteynerlərinin qiyməti nə qədərdir?
Bakı Şəhər İcra Hakimiyyəti şadlıq sarayını cərimələdi
Ərazini zibilləyən şadlıq evi cərimələndi
Paytaxt küçələri yenə yuyuldu
Bakıda "dezinfeksiya həftəsi" elan edildi
“Qoç ət” restoranı cərimələndi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 