Atam Dilqəm Əsgərov bizə nə şəkil göndərilməsinə icazə verir, nə də video-görüntü. Bizə artıq məktub da yazmır. ONN media xəbər verir ki, bu sözləri erməni girovluğunda olan kəlbəcərli əsir Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. K.Əsgərov deyib ki, artıq uzun müddətdir atasından nə məktub, nə şəkil, nə də video görüntü əldə edə bilirlər: “Qırmız Xaç Komitəsi atamla bağlı bizə ancaq şifahi məlumat verir. Biz komitənin fəaliyyətindən çox razıyıq, ən azından bizi nigaran saxlamayıb məlumat verirlər. Komitə atam Dilqəm Əsgərova baş çəkib saxlanma və sağlıq durumu ilə yaxından tanış olub. Komitənin məlumatına görə, atamın saxlanma şəraiti və sağlıq durumu normaldır, səhhətində elə də ciddi problem yoxdur. Ancaq Skaypla görüntülü danışıq Qırmızı Xaç Komitəsinin səlahiyyətində olan bir iş deyil. Ancaq Azərbaycan və Ermənistan dövlətlərinin arasında razılıq əldə olunarsa, Skaypla görüntülü danışığa Qırmızı Xaç Komitəsi şərait yaradar”. K.Əsgərov bildirib ki, D.Əsgərovun ailəsinə foto-video göndərmək istəməməsinin səbəbini bilmirlər: “Ümid edirəm ki, atam razılıq versə, komitə əməkdaşları atamdan nəinki foto, hətta video-görüntü də gətirər. Çox təəssüf ki, atam özü şəkil və video-görüntü göndərmək istəmir. Düzü, bunun səbəbini bilmirik. Məktub yazmamasının səbəbini bilirəm ki, bu sırf 2-3 cümlənin yazılmasına icazə verilməsi ilə bağlıdır. “Salam. Mən yaxşıyam. Siz necəsiz? Vəziyyətim yaxşıdır. Səhhətim yaxşıdır” tipli cümlələrdən başqa nə isə yazmağa icazə yoxdur. Məhz bu səbəbdən atam daha bizə məktub yazmır”. Kəlbəcərli girovun oğlu atasının və digər girov Şahbaz Quliyevin bu ilin sonuna qədər azad edilməsinə inamlarının qalmadığını da bildirib: “Sözün açığı, bu ilin sonuna olan ümidlərimiz puç oldu. Ancaq biz ümidimizi itirməmişik. Ümid edirəm ki, gec-tez haqq-ədalət öz yerini tapacaq və atamla Şahbaz Quliyev girovluqdan azad ediləcək”.
Dilqəm ailəsinə video göndərməkdən imtina etdi



Dilqəm Əsgərovun oğlundan Füzuli Məmmədova MÜRACİƏT
Şuşadan aparılan Dilqəm Əsgərovdan YENİ XƏBƏR VAR
Dilqəm Əsgərovun oğlu Prezidentə TƏŞƏKKÜR ETDİ
Dilqəm Əsgərovun Kəlbəcərdə doğulduğu evin VİDEOSU YAYILDI
Girovların həyatı təhlükədə: “Onları itirə bilərik…”
Dilqəm Şahbazı niyə “erməni dostu” adlandırdı? - Oğlu DANIŞDI
Dilqəmlə Şahbazdan SON XƏBƏR: Şuşadan Ermənistana aparıldılar...
Dilqəm Əsgərov evə buraxıldı - FOTO
"Həm Kəlbəcərə, həm də atama qovuşacağam" - Dilqəm Əsgərovun oğlu
Dilqəm Əsgərov Şuşada - FOTO
Dilqəm Əsgərov Şuşa həbsxanasından "Əzrail"ə SƏSLƏNDİ
Dilqəm və Şahbazdan XƏBƏR VAR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 