Bakının Baş Planının hazırlanması prosesi 2020-ci ilin sonuna qədər davam edəcək. Razılaşdırılmış layihə gələn ilin sonunda təsdiq edilmək üçün hökumətə təqdim olunacaq. ONN media bildirir ki, bunu Bakı şəhərinin Baş Planı üzrə yanaşmaların müzakirəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Anar Quliyev deyib. A.Quliyevin sözlərinə görə, Bakının Baş Planının hazırlanması ilə bağlı 4 əsas prioritet qəbul olunub. Əsas istiqamətlərdən biri çoxmərkəzli şəhər yanaşmasıdır. Bunun da məqsədi Bakının mərkəzinin yükünü azaltmaqdır: "Bu gün tarixi mərkəzlə yanaşı, ənənəvi mərkəz də var. Yanaşmalar əlavə və alt mərkəzlərin yaradılmasını nəzərdə tutur". A.Quliyev bildirib ki, bu gün Bakının bir tarixi mərkəzi mövcuddur. Əsas priotitet istiqamətlərdən biri şəhəri tarixi irsi nəzərə almaqla inkişaf etdirməkdir. Komitə sədrinin müavini əlavə edib ki, Bakının Baş Planının hazırlanması ilə bağlı digər yanaşma nəqliyyat infrastrukturu ilə bağlıdır: "Metro gündəlik həyatımızda çox əhəmiyyətlidir. Səmərəli iş nəticəsində irəli sürülən təkliflər əsasında stansiyaların sayı, onların açılma ardıcıllığında prioritetləşdirmə apardıq. Bakı Metropoliteninin, Bakı şəhərinin inkişafı ilə bağlı daha səmərəli nəticə əldə etdik". A.Quliyev deyib ki, əsas prioritetlərdən biri dayanıqlı inkişafı təmin etmək üçün Bakıda bir qədər çirklənmiş ərazilərin sağlamlaşdırılmasıdır. Digər bir istiqamət isə Bakının yeni sənaye sahələrinin müəyyənləşdirilməsi, onların inkişafı üçün şəraitin yaradılmasının təmin edilməsidir.
Bakının Baş Planının layihəsi gələn il hökumətə təqdim olunacaq



Bakının bu ərazisində söküntü başlanılır
"Sovetski" ilə bağlı ŞAD XƏBƏR
İlham Əliyev sərəncam imzaladı
Əli Əsədov sərəncam imzaladı
İlham Əliyev Qubadlı ilə bağlı sərəncam imzaladı
Sabirabadın Baş planının detalları açıqlandı
5 mərtəbəli binalar SÖKÜLƏCƏK?
Gəncənin Baş planı hazırlanır
Bu tarixədək velosiped zolaqları şəbəkəsinin ümumi uzunluğu 250 km-ə çatdırılacaq
AVRO-2020: Kubok müxtəlif məkanlarda
Sabunçuda dəmir yolu stansiyası nə vaxt istifadəyə veriləcək?
Xırdalana metro xətti inşa ediləcək?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 