Bakının Sovetski adlanan ərazisində yaşayış üçün yararsız olan binaların sökülməsi və gələcək abadlaşdırmanı nəzərdə tutan layihə ən irimiqyaslı təşəbbüslərdəndir və ona görə də onun tam icrası azı bir il də davam edəcək. ONN media xəbər verir ki, bunu Trend-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib. D.Dövlətxanovun sözlərinə görə, bu layihə Bakının Baş Planının vacib lokal elementlərindəndir: "Hazırda "Sovetski" ərazisində yaşayış evlərinin sökülməsinin ikinci mərhələsi davam edir. Artıq demək olar ki, ərazinin böyük hissəsi istifadə üçün yararsız ev və tikililərdən azad edilib. Bu gün "Sovetski"də ümumi istifadə və istirahət üçün nəzərdə tutulmuş park zonasının yaradılması üzrə iş davam etdirilir. Burada rekreasiya zonası yaradılır və artıq yaşıllaşdırma prosesi başlayıb. Bu işlər Təzəpir məscidinin olduğu yerə qədər aparılacaq". Komitə rəsmisi əlavə edib ki, Bakıda evlərin sökülməsi Kubinka adlanan ərazidə də planlaşdırılıb, amma bu prosesin başlayacağı tarixi indidən demək çətindir: "Bakıda lokal söküntülər öz bizneslərinin böyüməsində maraqlı olan özəl şirkətlər tərəfindən həyata keçirilə bilər. Bu, istənilən tikinti təşkilatı və ya şəxs ola bilər".
"Sovetski" ilə bağlı ŞAD XƏBƏR



Bakının bu ərazisində söküntü başlanılır
Hacıbala Abutalıbov bu işləri görəcək
“Sovetski”də yeni tikintilər başlayır? - RƏSMİ
“Sovetski”nin aqibəti necə olacaq?
“Sovetski”də köçürüləcək növbəti ərazi müəyyənləşdi
“Sovetski” sakinləri yeni mənzillərinə köçməyə başladılar — VİDEO
Bakıda bu ərazilər SÖKÜLƏCƏK
"Sovetski"də abadlıq işləri nəvaxt başa çatacaq?
Bakının Baş Planının layihəsi gələn il hökumətə təqdim olunacaq
Paytaxt və rayonlarda bu binalar sökülür - Açıqlama
Tələbələr ev tapa bilmir- Problem
Şad xəbər: bu şəxslərə maddi yardım veriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 