Rumıniyada yaşayan Adriana İliesku adlı qadın 66 yaşında uşaq dünyaya gətirməklə bütün dünyada məşhurluq qazanıb. O, ən gec yaşda uşaq dünyaya gətirən qadın kimi “Ginnesin Rekordlar Kitabı”na da düşüb. ONN media xəbər verir ki, hazırda 81 yaşı olan Adriananın qəribə həyat hekayəsi var. O, 20 yaşında ailə qurub. Lakin, ana olmaq arzusu reallaşmayıb. Uşaq istəməyən ərindən qısa zaman sonra ayrılıb. Adriana daha sonra 9 il sonsuzluğa görə müalicə alsa da, müsbət nəticə ala bilməyib.
66 yaşına çatanda isə gözlənilməz qərar alınıb. O, ana olmaq arzusunu süni mayalanma yolu ilə reallaşdırmağı qərara alıb. Bu dəfə isə cəhdi uğurlu alınıb. 3 uşağa hamilə qalan qadının hamiləliyi isə o qədər də uğurlu keçməyib. 2 uşağı bətnində ölüb, biri isə vaxtından tez olaraq dünyaya gəlib. Özü və körpəsi həftələrlə həyatda qalmaq üçün mübarizə aparıb. Nəhayət uzun müalicələrdən sonra onların həyatı xilas olunub. Amma Adriananın çətinliyi bununla da bitməyib. 66 yaşında, üstəlik süni mayalanma yolu ilə uşaq dünyaya gətirdiyi üçün çevrəsindən təzyiqlərlə üzləşib. Lakin, o, bütün təzyiqlərə baxmayaraq qızı Elizanı təkbaşına böyütməyi bacarıb. İxtisasca rumın dili və ədəbiyyatı müəllimi olan Adriana uşaqlar üçün 25-dən çox kitabın da müəllifidir. O, pensiyaya çıxdıqdan sonra qızının təhsili ilə yaxından maraqlanıb, bütün bacarığını onun savadlı bir insan yetişməsi üçün ortaya qoyub. Hazırda onları görənlər Adriananı Elizanın nənəsi hesab edirlər. Amma Adriana bu reaksiyalara fikir vermədən qızı ilə xoşbət yaşamaq üçün çalışır. Qeyd edək ki, bu ilin 22 oktyabrında 64 yaşlı qadın əkiz uşaq dünyaya gətirib.66 yaşında ana olmuş qadının maraqlı hekayəsi - FOTOLAR



Həkimlər belə inanmırdı- 70 yaşında ana oldu
AZƏRBAYCANDA GÖRÜLMƏMİŞ HADİSƏ: 64 yaşlı qadın ana oldu
39 yaşına qədər 38 uşaq dünyaya gətirib
İNANILMAZ: 43 uşaq dünyaya gətirən qadın 44-cüdən sonra...
Qadın 2 il əvvəl ölmüş ərindən hamilə qaldı
Cəmiyyəti ciddi narahat edən erkən nikah problemi: Həkimlərdən XƏBƏRDARLIQ
50 yaşlı qadın üçəm anası oldu
Ana yeni doğulmuş uşağını paltaryuyan maşında yudu
64 yaşında ana oldu, uşaqlarına İlham və Mehriban adını qoydu
Hamilə olduğunu bilməyən qadın 7 kilometr qaçdı, uşağı DOĞULDU
Dünyanın ən uzunömürlü insanı o oldu
16 yaşında milyonçu olmuşdu - Son halı görənləri təəccübləndirdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 