Azərbaycanda 2022-ci ildə 18 yaşı tamam olmadan dünyaya uşaq gətirən anaların sayı 2011 nəfər olub.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ötən il üzrə statistik məlumatında bildirilib.
Qeyd edilib ki, göstəricilərdə 2021-ci illə müqayisədə 361 nəfər artım var.
Ən yüksək göstəricilər 280 nəfər olmaqla Qazax, Tovuz iqtisadi rayonunda 245, həmçinin 240 nəfər uşaq sayı ilə Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb.
Psixoloq Gülnar Orucovanın sözlərinə görə, ölkəmizin bəzi bölgələri var ki, burada qızlar erkən nikaha, valideynlər tərəfindən, xüsusilə də anaları tərəfindən məcbur edilirlər:
“Düşünürlər ki, əgər 16-17 yaşında övladları ailə qurmasa, daha sonra heç vaxt ailə qura bilməyəcək. Yəni, valideynlər yalnız “mənim qızım ailə qurub və övlad sahibidir” deyə fikirləşir, gerisini düşünmürlər. Erkən nikaha girən bir qadının sağlam övlad dünyaya gətirmə ehtimalı 20-24 yaşında bir anadan daha aşağı səviyyədədir. Eləcə də erkən nikaha girən şəxslərin psixoloji problemləri sonradan ortaya çıxa bilir. Bəzən xəyanətlər, qarşıdurmalar məhz erkən nikaha girən insanlar arasında formalaşır”.



Maraqlı STATİSTİKA: Gənc xanımlar yaşlı kişilərlə, gənc oğlanlar yaşlı qadınlarla evlənir
Oğlan və qız neçə yaşda ailə qurmalıdır? – Psixoloq AÇIQLADI
Azərbaycanda 18 yaşadək evlənən gəlin və bəylərin SAYI nə qədərdir?
Azərbaycanda erkən nikahlar daha çox hansı bölgədə olur?
Ölkədə boşananların sayı artıb - SON 5 İLİN ƏN YÜKSƏK SAYI
Azərbaycanda Şok statistika- 18 yaşlı oğlanlar...
Dövlət Komitəsinin yeni tərkibi təsdiqləndi - QƏRAR
Azərbaycanda doğulan uşaqların sayı azalıb
Erkən nikah halları ilə mübarizə tədbirləri gücləndirilir
Valideynlər buna görə həbs edilə bilər
Masallıda 16 yaşında ərə verilən qız öldü - Dövlət qurumları hərəkətə keçdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 