Tanınmış aktrisa Pərvin Abıyeva sevgilisi olduğu iddia edilən Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev adlı şəxsin işdən çıxarılması ilə bağlı yayılan açıqlamaya münasibət bildirib. Açıqlama verən aktrisa Daxili İşlər Nazirliyinin yaydığı məlumatda haqqında yazılan ağır ittihamlara reaksiya verib. Son günlərdə haqqında yayılan xəbərlərdən sarsıntı keçirən kino ulduzu bildirib ki, məşhur aktrisa necə müəmmalı həyat tərzi keçirə bilər: “Açıqlamada “müəmmalı həyat tərzi keçirən şəxslər” və digər qeyri-etik ifadələr işlədilib. Birincisi, müəmmalı həyat tərzi keçirməyimin səbəbi və sübutu nədir? İkincisi, müəmmalı həyat tərzi keçirən şəxs deyiləm, açıq-aşkar aktrisayam, həm Azərbaycanda, həm də Türkiyədə tanınmış simayam. Necə həyat sürdüyüm və nə işlə məşğul olduğum həmişə aşkar olub. Bu sözləri yazan şəxs özü necə həyat sürür? Haqqımda niyə bu cür cümlə qurulur?! Bu ifadə o məclisdə iştirak edən hər kəs üçün birbaşa təhqirdir. Dövlət qulluğunda işləyən bir şəxs hansı haqla bu sözü dilinə gətirir? Gördüyüm işlər də, həyatım da ortadadır. Müəmmalı həyat yaşamıram. Bunu yayanlar bu ölkənin aktrisasını tanımır, Pərvin Abıyevanın kim olduğunu və nə işə qulluq etdiyini bilmir? İşim də, mövqeyim də, yaşadığım ölkə də bəllidir”. Xatırladaq ki, M.Abdullayev doğum günündə Pərvin Abıyeva ilə sosial şəbəkələrdə və mətbuatda yayılan görüntülərindən dolayı işdən çıxarılıb. DİN-in yaydığı məlumatda qeyd olunub ki, “Polis haqqında” Qanunun və “DİN əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən daxili işlər orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, bununla da polisin nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.Publika.az
Pərvin Abıyevadan sevgilisi ilə bağlı ŞOK AÇIQLAMA: Dövlət qulluğunda işləyən bir şəxs...



Pərvin Abıyeva ilə görüntüləri yayılan polis işdən çıxarıldı — RƏSMİ
Polis sevgilisindən ayrılan Pərvin Abıyeva depressiyaya düşüb?
Gəncədə 35 dilənçi saxlanıldı
Pərvinlə videosuna görə işdən çıxarılan gənc İLK DƏFƏ DANIŞDI
Gəncədə 40 dilənçi tutuldu
Pərvin Abıyeva polis sevgilisindən 20 gün ayrı qala bildi
Pərvindən inanılmaz etiraflar: "Aldatdı, ailə quracam dedi..."
Pərvin Abıyevaya görə dava düşüb - İşdən çıxarılan polis sevgilisi də...
Hamilə olduğu deyilən azərbaycanlı aktrisa: “2 gün əvvəl bizi boşandırırdılar”
Gəncədə dilənçilər saxlanıldı
ÜST-dən bununla bağlı XƏBƏRDARLIQ
Pərvin Abıyeva mülklərinin sayını açıqladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 