Aktrisa Pərvin Abıyeva ilə görüntüləri yayılan polis əməkdaşı xidmətdən xaric edilib.
ONN media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya bildirilib.
Verilən məlumata görə, bir neçə gün öncə bəzi xəbər saytlarında və sosial şəbəkələrdə təmtəraqla keçirilən ad günündən videogörüntülər paylaşılıb:
“Bu da aktrisa Pərvin Abıyevanın paqonlu sevgilisi” başlığı ilə yayılan həmin görüntülərdə üzərində polis geyim forması və atributları əks olunmuş tort, habelə məclisdə polis əməkdaşına yaraşmayan çılğın hərəkətlər diqqət çəkir. DİN rəhbərliyinin göstərişi ilə dərhal müvafiq araşdırmalar aparılıb və ad günü qeyd edilən şəxsin Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev olduğu müəyyən edilib. O da məlum olub ki, həmin şəxsin xidməti fəaliyyəti də qeyri qənaətbəxşdir”.
Məlumatda həmçinin qeyd olunur ki, “Polis haqqında” Qanunun və “DİO əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən daxili işlər orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, bununla da polisin nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.
Pərvin Abıyeva ilə görüntüləri yayılan polis işdən çıxarıldı — RƏSMİ



Pərvin Abıyevadan sevgilisi ilə bağlı ŞOK AÇIQLAMA: Dövlət qulluğunda işləyən bir şəxs...
Polis sevgilisindən ayrılan Pərvin Abıyeva depressiyaya düşüb?
Pərvin Abıyeva polis sevgilisindən 20 gün ayrı qala bildi
Pərvinlə videosuna görə işdən çıxarılan gənc İLK DƏFƏ DANIŞDI
Pərvin Abıyevaya görə dava düşüb - İşdən çıxarılan polis sevgilisi də...
Azərbaycanda qadına zorakılıq edən polis İŞDƏN QOVULDU - RƏSMİ
Aksiyanın qarşısını alan polislər işdən çıxarılıb? - Rəsmi
Azərbaycanda 51 polis işdən çıxarılıb - RƏSMİ
Pərvin Abıyeva mülklərinin sayını açıqladı
Pərvin Tiktokdan gəlirini AÇIQLADI
Azərbaycanda 21 polis işdən çıxarıldı - BU SƏBƏBDƏN
İt döyüşlərini təşkil edənlər saxlanıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 