Çiçək tozcuqlar əsəb sisteminə yaxşı təsir göstərir, ürəyin fəaliyyətini normallaşdırır və mədə-bağırsaq sistemini, ağ və qara ciyərlərin, böyrəklərin, daxili vəzilərin sekresiyasının işini stimullaşdırır.
ONN media xəbər verir ki, btkilərin tozcuqları öz tərkibinə görə nadir qida məhsulu və bir çox xəstəliklərin müalicəsində və proflaktikasında universal təsirə malik dərman vasitəsidir. Məlumdur ki, bütün xəstəliklər üçün vahid və yüksək səmərəli dərman yoxdur və ola da bilməz. Lakin elə dərmanlar var ki, onu bir çox xəstəliklərdə müvəffəqiyyətlə istifadə etmək olar. Çiçək tozları belə dərmanlardandır. Təcrübi olaraq elə bir xəstəlik yoxdur ki, həmin xəstəlikdə çiçək tozu, bu və ya başqa dərəcədə faydalı olmasın.
Çiçək tozcuqları bizim və başqa ölkələrin farmokoloqları tərəfindən yaxşı öyrənilib və onların müalicəvi əhəmiyyəti də klinistlər tərəfindən yoxlanılıb. Formokoloqlar və klinistlər çiçək tozcuqlarının böyük profilaktik və müalicəvi əhəmiyyətə malik olduğunu təsdiq ediblər. Tozcuqlar təcrübi olaraq orqanizm üçün zərərsizdir (zərərli bitkilərin tozcuqlarından başqa).
Aparılmış çoxlu miqdarda tədqiqatlar tozcuqların qəbulunun yüksək səmərəli olduğunu aşağıdakı xəstəliklərdə sübut etmişdir: ürək – damar sistemi xəstəliklərində, hipertoniyada, qanazlığı və ağ qanlılıq xəstəliklərində (qan əmələgətirən vasitə kimi), mərkəzi əsəb və endokrin sistemlərinin xəstəliklərində.
Bitkilərin tozcuqları mədə –bağırsaq iltihabında, iştahanın artırılmasında, bağırsaqların fəaliyyətinin tənzimlənməsində, xüsusilə də xroniki qəbizlikdə yaxşı təsir göstərir. Uşaq xəstəliklərinin profilaktika və müalicəsində tozcuqlar yaxşı nəticə verir. Tozcuqlar orqanizmin qocalmasına mane olur. Kosmetikada da onlardan geniş istifadə olunur. Arılar bitkilərin tozcuqlarını toplayır, mürəkkəb fermentizasiyasından keçirib bal ilə qarışdırıb özlərinə yem hazırlayırlar ki, bu yemsiz arı ailəsi yaşaya bilmir. Çiçək tozcuqlarında yüksək aktivliyə malik olan antibiotiklər vardır ki, bunların sayəsində onlar min illər mühafizə olunub qalır.
Təcrübə göstərir ki, müalicə bitkiləri toplandığı kimi çiçəklərin də tozcuqlarının toplanmasını (yığılmasını) təşkil etmək olar və bəzi ölkələrdə bu müvəffəqiyyətlə həyata keçirilir.
Hipertoniya xəstəliyinin başlanğıcında çiçək tozcuqlarının bal ilə 1:1 və ya 1:2 nisbətində qəbul etmək faydalıdır.



Güləm qida və enerji mənbəyidir
Meymunçiçəyi virusunu zərərsizləşdirən dərman tapıldı
Qaraciyər xəstəliklərinə qarşı təbii reseptlər bunlardır
Kosmosda bibər fidanları çiçək açdı
Qoyun və keçilərdə çiçək xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılır
Qədim romalıların sağlamlıq sirri - Gündə 4 dəfə...
Akasya çayının inanılmaz faydaları
Dünyanın ən böyük çiçəyi- ÇƏKİSİ 10 KİLOQRAMDIR (FOTOLAR)
Səhiyyə Nazirliyindən meymunçiçəyi açıqlaması
Tunar keçmiş sevgilisi Çiçəyə cavab verdi: "...ruhuna fatihə"
Makron “yeriyən çiçəy”ə çevrildi
Qara şam: yarpağı da dərmandır, qabığı da...
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 