Arılar çiçək tozunu toplayaraq bal və arı südü ilə qarışdırıb pətəkdəki yuvalara yığır, işçi arılar onları başları ilə yuvaya doldurur və üstünü şirələyirlər. Çiçək tozu bal və arı südü ilə biokimyəvi reaksiyaya girərək konservləşir və nəticədə kimyəvi cəhətdən çiçək tozundan fərqlənən daha qiymətli bir məhsula çevrilir. Onu "arı çörəyi"- güləm və ya perqa adlandırırlar. Arı südü, propolis və balın xüsusiyyətlərini özündə birləşdirir.
ONN media güləmin güclü qida və enerji mənbəyi olduğunu xəbər verir. Onun tərkibi şəkər və K vitamini ilə daha zəngindir, yüksək turşuluğa malikdir. Güləm arı balasının qidasıdır, yumurtadan çıxan balalar 3-4 gün onunla qidalandıqdan sonra böyüyərək işçi arı kimi uçuşa çıxırlar. Arı ailəsi güləmsiz inkişaf edə bilməz.
Bununla yanaşı, onun tərkibində çiçək tozunda olan maddələrlə yanaşı, çoxlu üzvi turşular və fermentlər var. Enterokolit, kəskin və xroniki kolit, disbakterioz, xroniki qəbizlik, nazik və yoğun bağırsaq xəstəliklərində yaxşı təsir göstərir. Yodla zəngin olduğu üçün güləmdən endokrin xəstəliklərdə, şəkərli diabet və endemik zobun profilaktikasında istifadə olunur. Çiçək tozu və güləm qanda xolesterini aşağı saldığına görə ateroskleroz mənşəli xəstəliklərdə, hipertoniya, beyin patologiyaları və ürəyin işemik xəstəliklərində müalicə vasitəsi kimi tətbiq edilir. Çiçək tozu dəmirlə zəngin olduğuna görə qanazlığında, cərrahi əməliyyatlardan sonrakı dövrlərdə, qan itirmələrində, natrium, maqnezium və mineral duzlarla zəngin olduğu üçün damar xəstəlikləri və su-duz mübadiləsinin pozulmalarında istifadə olunur. Xroniki və kəskin hepatitlərdə, qara ciyər sirrozunda, prostatit və cinsi xəstəliklərdə istifadə edilir. Orqanizmi ağır metal duzları, şlaklar, zəhərli maddələr və radiasiyadan təmizləyir.
Güləm qidaya normal və diyetik əlavə kimi tətbiq edilir. Öd ifrazını yaxşılaşdırır, mədə-bağırsağın iltihabını azaldır, yuxarı tənəffüs yollarının iltihabı, bronxit, bronxial astma və vərəm kimi xəstəliklərin profilaktikasında məqsədilə vitamin preparatı kimi istifadə edilir.
Gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı güləm dilin altına qoyulur və tam sorulana kimi saxlanır. Uşaqlara gündə 2 dəfə yarım çay qaşığı verilir.



Çiçək tozcuqlarının inanılmaz faydaları
İsti şokolad RESEPTİ
Bahalı trüfel şokoladının ən asan hazırlanma yolu
Hər gün bunları yeyin enerjiniz artsın
Kosmosda bibər fidanları çiçək açdı
Keçi südünün müalicəvi xüsusiyyəti - Yaşlı adamlar üçün qurtuluş yolu
Azərbaycandan daha çox bu ölkə bal alır
Köklüyə səbəb olan içkilər hansılardır? - Dietoloq AÇIQLADI
Bananın daha bir möcüzəvi faydası üzə çıxdı
Limonlu keksin hazırlanma QAYDASI
Pendirin orqanizmə faydaları və zərərləri
Asan həzm olunan 8 məhsul
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 