Heç bir estetik əməliyyat etdirməmişəm. Həm xoş xasiyyətli olduğum, həm də özümə fikir verdiyim üçün belə cavan qalmışam. Bunu Oxu.Az-a danışan 72 yaşlı Əməkdar artist və rəssam Suğra Bağırzadə gözəllik və formada qalma sirrlərini bölüşərkən deyib. “Hər səhər idman edirəm. Sağlam qidalanmağa fikir verirəm. Özüm-özümə qulluq edirəm. Maskalardan istifadə etməklə yanaşı, üzüm üçün bütün təmizlik proseslərinə də riayət edirəm.
Axşamdan dəmlədiyim zəfəranı hər səhər içirəm. Onu heç bir qida yemədən qəbul edirəm. Həmçinin gözümü dəmlədiyim zəfəran suyu ilə də yuyuram. Ümumiyyətlə, zəfəran çox xeyrlidir”, - deyə Əməkdar artist bildirib. Aktrisaya təkliflər gəlsə də, səhhətinə və yaşına görə efirlərdən uzaqlaşdığını qeyd edib: “Dağıntılar altında” serialında çəkildiyim zaman yıxıldığım üçün ayağım qırılmışdı. Ona görə də serialın sonuna kimi, ancaq yataqda oldum. Hələ ki, indi-indi gəzməyə başlamışam. Ona görə də üzərimə çətin bir iş götürmək istəmirəm. Təkliflər var, amma həm yaşıma, həm də yıxılmağıma görə özümə fikir verməliyəm”. Yerli seriallarla bağlı səsləndirilən tənqidlərə gəlincə, Suğra Bağırzadə hər şeyin səviyyəsinin ona qoyulan sərmayədən asılı olduğunu bildirib: “Pul önəmlidir. Sərmayənin yaxşı olması əsasdır. Film və seriallara istənilən və ya tələb olunan gəlir qoyulsa, hər şey yaxşı olacaq”.72 yaşlı Əməkdar artist gözəlliyinin sirrini açdı



SON DƏQİQƏ: Əməkdar artist avtomobil qəzasına düşüb - XƏSTƏXANADADIR
Əməkdar artist koronavirusa yoluxdu
Əməkdar artist canlı efirdə hiddətləndi: “Bu sənətə nifrət edirəm”
Bəhram Bağırzadə videoya görə üzr istədi: Gecələr yatmıram...
Əməkdar artistin vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi — KORONAVİRUS ŞÜBHƏSİ VAR
Əməkdar artist - "Yaşımı gizlətmirəm"
Əməkdar artist 69 yaşında plastik əməliyyat etdirdi
Bəhram Bağırzadə koronavirusa YOLUXDU
Aygün Bəylərin vəfatı ilə bağlı məlumat yayıldı
Bəhram Bağırzadədən ŞAD XƏBƏR: Evə buraxıldı
Əməkdar artist oğlu ilə - FOTO
Zaurun verilişində yoluxmuşam – Baloğlan Əşrəfov
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 