Xəstəlik bütün kanallarda var. Amma bəzi şeylərdən şübhələndiyimə görə mənə belə gəlir ki, ARB kanalında, Zaur Nəbioğlunun “Heç vaxt, heç yerdə” adlı verilişində yoluxmuşam. ONN media bildirir ki, bu sözləri Kult.az-a açıqlamasında əməkdar artist Baloğlan Əşrəfov deyib. Müğənni bildirib ki, 1 il televiziyaya çıxmayandan sonra müxtəlif kanallara dəvət olunub: “Kanallara çıxandan sonra ağlıma gələn başıma gəldi. Televiziyaya 3-4 müğənnini dəvət edirlər, sonra da bir mikrofonu hamı istifadə edir. Mən hardan bilim ki, bu adam virusa yoluxub, ya yoluxmayıb? Telekanallara gərək çox ciddi nəzarət olunsun. Belə olmaz, hamı bir-birini yoluxdura bilər. Bir müğənni ilə çəkilişdə koronadan söhbət edirdik, mənə dedi ki, mən koronaya yoluxmuşam. Mənim rəngim-ruhum ağardı. Dedim, sən nə danışırsan, a kişi? Dedi, zarafat edirəm, amma sonradan öyrəndim ki, həqiqətən yoluxub. Mən bunları kobudluqla demirəm. Bir növ dünyanı görmüş, yaşamış biri kimi məsləhət edirəm. Açıq havada maska ilə gəzirik, ancaq içəri girəndən sonra heç kim sosial məsafəni gözləmir. Mikrofonlardan düzgün istifadə olunmur. Ümumiyyətlə düşünürəm ki, kanallarda, verilişlərdə ehtiyatlı olmaq lazımdır. Biz bayırdan maska ilə içəri girdik, studiyaya girən kimi çıxartdırdılar. Buna görə də ciddi nəzarət olunmalıdır. Ciddi nəzarət olmayanda heç kim heç nəyi boynuna almır, bu da belə davam edir”. Əməkdar artist B.Əşrəfov həkim nəzarəti altında olduğunu, yavaş-yavaş düzələcəyinə ümid etdiyini bildirib.
Zaurun verilişində yoluxmuşam – Baloğlan Əşrəfov



Baloğlan Əşrəfov vəfat etdi
Baloğlan Əşrəfovun ölümündən bir neçə saat öncə son sözləri - SƏS YAZISI
Zaurun efirdən qovduğu müğənni nələri danışdı?
Baloğlan Əşrəfov Üzeyir haqqında danışdı
Həyat yoldaşı Nüşabə Ələsgərlini aldatdı: "...ayrılacam" – VİDEO
Sevda TOYUNDAN DANIŞDI: Xına olmayacaq, toyu...
Əməkdar artistə 1 il efir qadağası qoyuldu
Roza Zərgərli Elza Seyidcahanı BİABIR ELƏDİ
Evim yoxdur, yarımzirzəmidə qalıram - Əməkdar artist
Koronaya yoluxmuş rektor danışdı: "Dörd gündür..." - AÇIQLAMA
Rəşad İlyasov şou-biznesin hazırki vəziyyətindən GİLEYLƏNDİ
"Dostlarının 200 manatı yox idi Baloğlan Əşrəfova əklil düzəltdirsin?"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 