Dekabrın 3-də Nizami Kino Mərkəzində xalqımızın sevimli filmlərindən olan “Ulduz” bədii filminin 55 illiyi ilə əlaqədar, Azərbaycan Milli Kino və Animasiyaya Dəstək, qısaca, AMKAD-ın yeni layihəsinin təqdimat mərasimi keçirildi. Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu və “Səba” ASC-nin sifarişi ilə ANS Şirkətlər Qrupuna daxil olan BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilən “Ulduz” bədii filminin yenilənmiş versiyada təqdimatı keçirildi. Təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev bildirdi ki, “Ulduz” filmi 1964-cü ildə Ağarza Quliyev tərəfindən lentə alınıb. “Görkəmli bəstəkar Süleyman Ələsgərovun müəllifi olduğu bu əsərin pozitivi çox keyfiyyətsiz olub və mütəxəssislər onu çətinliklə də olsa, bərpa edib”. Vahid Mustafayev filmin əvvəlki və bərpadan sonrakı vəziyyətini ekranda əyani şəkildə nümayiş etdirib. Təqdimatda Oqtay Mirqasımov, Fəxriyyə Xələfova, Cənnət Səlimova, Ayaz Salayev, Vasif Babayev kimi bir çox mədəniyyət, elm, ictimai xadimlər, iş adamları iştirak ediblər. Mərasimdə çıxış edən “Səba” ASC-nin Baş direktoru Fuad Ələkbərov bu tip layihələrdə iştirak etdiklərinə görə fəxr hissi keçirdiklərini bildirdi. Təqdimat mərasimində çıxış edən “Azərbaycanfilm” kinostudiyasının direktoru Cəmil Quliyev çıxışında Azərbaycan kino incilərini bərpa edib Azərbaycan xalqına qaytardığına görə Vahid Mustafayevə təşəkkür edib. Daha sonra filmdə Yetər obrazında çəkilən Suğra Bağırzadə filmin çəkilişi ilə bağlı xatirələrini bölüşüb. “Ulduz” musiqili operettasının müəllifi Süleyman Ələsgərovun (1924-2000) nəvəsi Tahir İmanov çıxışında milli sərvətimiz olan “Ulduz” filmini bərpa etdiyinə görə Süleyman Ələsgərovun ailəsi adından Çingiz Mustafayev adına Fonda, ANS Şirkətlər Qrupuna, Vahid Mustafayevə, “Səba” şirkətinə və “Balans Studiyası”na təşəkkür etdi. Xatırladaq ki, “Ulduz” filmi Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu, “Səba” ASC, BALANS Milli Rəqəmsal Bərpa Studiyası, Azərbaycan Mədəniyyət Nazirliyi, “Azərbaycanfilm" kinostudiyası və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə təqdim olundu. https://www.youtube.com/watch?v=LpXpSbHMQKg&feature=emb_title
Məşhur Azərbaycan filmi tam bərpa olundu



Məşhur türklər Azərbaycana gəlirlər - GİRİŞ PULSUZDUR
“Zəngəzur” sənədli filminin təqdimatı olacaq
“O, Xarqo idi” filmi bu tarixdə təqdim olunacaq
Varşavada “Əli və Nino” filmi nümayiş olundu
“Çölçü” filmi yenidən mükafata layiq görüldü
“Riyad” Şirkətlər Qrupunun rəhbəri həbs edildi
Bu şirkətlər yeni radionun açılması üçün sənəd təqdim ediblər - SİYAHI
Azərbaycanlı aktyorlar türk serialında
Vahid Mustafayevə AĞIR İTKİ
"Əbədi ezamiyyət" filminin Vyanada təqdimatı keçirilir - FOTO
27 il öncə xalqı sarsıdan acı xəbər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 