Rejissor Şamil Əliyev “7th Art Independent International” Film Festivalına (Hindistan, Kerala) münsiflər heyətinin üzvü kimi dəvət olunub. Təqdim olunan filmlərə həmyerlimizlə bərabər dünyanın tanınmış rejissorları münsiflik edəcək. ONN media xəbər verir ki, Şamil Əliyevin “Çölçü” filmi isə yenidən mükafata layiq görülüb. Film İtaliyada COVID-19 pandemiyası ilə əlaqədar olaraq onlayn formatda keçirilən “Rome International Movie Awards 2020” festivalında “Ən yaxşı bədii film” mükafatını qazanıb. Rejissorun sözlərinə görə, 2012-ci ilin istehsalı olan “Çölçü” filminin gündəmdə olmasının səbəbi ekran əsərinin qaldırdığı sualın aktuallığı ilə bağlıdır. Qloballaşan dünya ilə milli özgür mədəniyyət arasındakı antropoloji fəlakət filmin əsas məğzini təşkil edir. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Çölçü” filmi 5 qitəni əhatə edən 93 beynəlxalq film festivalında iştirak edərək 55-dən artıq müxtəlif mükafatlara layiq görülüb. Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminov, prodüser Müşfiq Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.
“Çölçü” filmi yenidən mükafata layiq görüldü



İki filmimiz beynəlxalq festivalda mükafat qazandı
Azərbaycan filmi Sarayevo Film Festivalında qalib oldu
“Qızıl Qlobus” sahibləri məlum oldu
Türk filmi “Oscar”a namizəd oldu
20 iyul Ramiz Əzizbəylinin doğulduğu gündür
Azərbaycanlı rejissorun filmi mükafata layiq görüldü
Azərbaycanlı rejissorun filmi Parisdə nümayiş olunub
Şəhid generalın xatirəsinə FİLM ÇƏKİLİR
Karantin günlərində ən çox hansı film izlənilib?
Arzu Əliyevaya “Şərəf mükafatı” verildi
Şuşa barədə “28” filmi beynəlxalq festivalda
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 