Dekabrın 12-si Rusiya Federasiyasının Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. ONN media xəbər verir ki, ilk öncə Azərbaycan diasporasının üzvləri, Azərbaycan İş Mərkəzinin əməkdaşları, Heydər Əliyevin adını daşıyan 11 saylı məktəbin kollektivi və şagirdləri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Həştərxan bölməsinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və həmvətənlərimiz H. Əliyevin Həştərxan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək xatirəsini bir dəqiqəlik sükutla yad edib, dahi şəxsiyyətin abidəsi önünə əklillər, gül dəstələri qoyublar. Daha sonra Həştərxan şəhərində yerləşən, Heydər Əliyev adına 11 saylı orta məktəbdə anım mərasimi keçirilib. Məktəbin foyesində Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib. Mərasimdə çıxış edənlər Heydər Əliyevin fəaliyyəti, onun istər Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində Azərbaycan tarixində, o cümlədən Azərbaycan-Rusiya münasibətlərinin inkişafında əvəzsiz rolu haqqında danışıblar.
Bildirilib ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Məktəbin müəllimləri və şagirdləri təhsil ocağının ulu öndərin adını daşımasından fəxr etdiklərini bildiriblər.Həştərxanda Heydər Əliyev anılıb - Foto



Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətində işgüzar səfərdədir
Ümummilli lider Heydər Əliyev Həştərxanda ehtiramla anılıb
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi kimsəsiz uşaqlara sovqat payladı
Həştərxanda gənclər ulu öndərin abidəsini ziyarət etdilər
Həştərxanda Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR
Heydər Əliyevin Həştərxandakı abidəsi önünə gül dəstəsi qoyulub
Qaradağda ulu öndər Heydər Əliyevin anma mərasimi keçirilib
Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdi
Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi
İlham Əliyev Daşkəsənə getdi
Mehriban Əliyeva- Ümummilli lider Heydər Əliyevi ehtiramla yad edirəm
Həştərxanda bir sıra tədbirlər keçirilib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 