Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətində işgüzar səfərdədir
Azərbaycan və Rusiya tarixən bir-biri ilə sıx bağlı olan, keçmişdən bu günədək daim qarşılıqlı anlaşma, sülh və sabitlik şəraitində yaşayan iki dost, qardaş dövlətlərdir. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu sıx dostluq və əməkdaşlıq əlaqələri bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daha yüksək səviyyəyə çatdırılmışdır.
2010-cu ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırığına əsasən, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Həştərxan şəhərində bir sıra mühüm sosial, iqtisadi və mədəni infrastruktur layihələri həyata keçirilmişdir.
10 noyabr 2021-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və onun başçılıq etdiyi nümayəndə heyətinin Rusiya Federasiyasının Həştərxan vilayətinə işgüzar səfəri baş tutmuşdur.
İlk öncə nümayəndə heyəti, həmçinin Həştərxan vilayəti və şəhərinin rəsmiləri, diaspor fəalları və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin Həştərxan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri qoymuşlar.
Səfər çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə rekonstruksiya olunmuş Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbi ziyarət olunmuş, təhsil müəssisəsinin foyesində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilmişdir. Təhsil ocağının problemləri ilə maraqlanılmış, məktəbə Ümummili Lider Heydər Əliyevin adının verilməsinin yaxın gələcəkdə baş tutacaq 10 illik yubileyi ilə bağlı təşkilati məsələlər müzakirə edilmişdir.
Daha sonra Həştərxan vilayəti Administrasiyasında nümayəndə heyətinin Həştərxan vilayətinin Qubernatoru İqor Yuryeviç Babuşkinlə görüşü olmuşdur. Görüşdə Həştərxan Vilayəti Hökümət sədrinin müavini K.Xadikov, Həştərxan vilayətinin Beynəlxalq Əlaqələr Agentliyinin rəhbəri V.Qolovkov, Bakıda inşa edilmiş Həştərxan İş Mərkəzinin təsisçisi İ.Mirişov iştirak etmişlər. Görüş zamanı ölkələrimiz arasında olan mövcud dostluq münasibətlərindən danışılmış, habelə dövlətimiz tərəfindən Həştərxan şəhərində reallaşdırılmış layihələr qeyd olunmuşdur. Bildirilmişdir ki, Azərbaycan dövləti və Heydər Əliyev Fondu tərəfindən indiyədək vilayətdə görülən genişmiqyaslı işlər Azərbaycan-Rusiya münasibətlərinin inkişafına yüksək töhfədir. Keçirilən işgüzar görüşdə Bakı şəhərində inşası artıq yekunlaşmış, Rusiyanın Azərbaycanda ilk belə bir nümayəndəliyinin olacağı Həştərxan İş Mərkəzinin açılışına hazırlıq məsələləri barədə də fikir mübadiləsi aparılmışdır. Həmçinin Həştərxan vilayətinin Sənaye və təbii sərvətlər naziri D.Afanasyev ilə görüş keçirilmiş, sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunmuşdur.



Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq
Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətinə işgüzar səfər edib
İlham Əliyev Babuşkini qəbul etdi (YENİLƏNDİ)
Həştərxanda bir sıra tədbirlər keçirilib
Həştərxanda Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR
Heydər Əliyevin Həştərxandakı abidəsi önünə gül dəstəsi qoyulub
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi kimsəsiz uşaqlara sovqat payladı
Həştərxanda Nəriman Nərimanovun 150 illiyinə həsr olunmuş beynəlxalq dəyirmi masa keçirilib
Həştərxanda Heydər Əliyev anılıb - Foto
Ümummilli lider Heydər Əliyev Həştərxanda ehtiramla anılıb
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM TƏDBİRİ KEÇİRİLİB
İlham Əliyev İqor Babuşkini qəbul edib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 