Milli Məclisdə növbədənkənar parlament seçkiləri ilə əlaqədar ölkəmizə səfərə gəlmiş ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi Missiyası (EQM) ilə görüşlər keçirilib.
Milli Məclisdən ONN media -ya verilən məlumata görə, öncə missiya üzvləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ilə görüşdülər. Komitənin sədri Əli Hüseynli qonaqlara məlumat verdi ki, əksər deputatlar Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət ediblər. Parlamentin müvafiq qərarının Azərbaycan Konstitusiyasına uyğunluğu Konstitusiya Məhkəməsində yoxlanılıb. Daha sonra ölkə Prezidenti Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 4 dekabr tarixli qərarını nəzərə alaraq, beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və parlamentə növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin olunması barədə Sərəncam imzalayıb.
Sonra görüşdə Əli Hüseynli ATƏT DTHİB ilə əməkdaşlıq əlaqələrimizdən söz açdı, bu gün Azərbaycanda professional seçki administrasiyasının mövcud olduğunu dedi. EQM təmsilçilərinin nəzərinə çatdırdı ki, hazırkı Seçki Məcəlləsi ölkədə azad, ədalətli və şəffaf seçkilər keçirilməsinə tam imkan verir.
Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun baş seçki eksperti Aleksey Qromov Bakıya səfərin məramını açıqladıqdan sonra Milli Məclisin komitə sədri Əli Hüseynli və komitənin üzvü, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev seçki prosesi və qanunvericiliklə bağlı qonaqları maraqlandıran bütün suallara aydınlıq gətirdilər.
Görüşdə DTİHB-in seçki eksperti Radivoje Qrujiç, ATƏT PA-nın proqram və inzibati məsələlər üzrə məsul əməkdaşı Tim Knobjau iştirak edirdilər.
Sonra ATƏT DTİHB EQM-in nümayəndə heyəti Azərbaycan parlamentində təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşdü. Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun baş seçki eksperti Aleksey Qromov bu görüş üçün yaradılan şəraitə görə minnətdarlıq etdi. Siyasi partiyaların seçki prosesində nə kimi çətinliklərlə qarşılaşdığını öyrənmək istədiklərini bildirdi.
Öncə YAP icra katibinin müavini Siyavuş Novruzov Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan hakim partiyanın seçkilərdə iştirakı barədə ətraflı məlumat verdi. Ötən seçkilərdə DTHİB-lə əməkdaşlığın faydalı olduğunu dedi. 20 ildən bəri ölkəmizdə prezident, parlament və bələdiyyə seçkilərinin gedişini tənzimləyən hazırkı Seçki Məcəlləsinin yetkin sənəd olduğunu, vaxtilə ATƏT-in səlahiyyətli nümayəndəsinin iştirakı ilə hazırlandığını və zaman keçdikcə bu məcəlləyə lazımi dəyişikliklər edildiyini diqqətə çatdırdı.
Sonra görüşdə iştirak edən digər siyasi partiyaların rəhbərləri təəssüratlarını bölüşdülər. Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi Fəzail İbrahimli, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev çıxış edərək növbədənkənar parlament seçkilərinə qoşulduqlarını bildirdilər. Missiya üzvlərinə seçki platformaları və seçki şüarları, neçə dairədə nə qədər namizəd irəli sürdükləri, seçki prosesində partiyanın maliyyə təminatının qaynaqları, təmsil etdikləri partiyanın parlamentdə neçə seçki mandat qazandığı, təbliğat və təşviqat kampaniyasını necə quracaqları və s. barədə ətraflı məlumat verdilər.
Çıxışlarda vurğulandı ki, ölkəmizdə çox ciddi islahatlar gedir, siyasi sistemdə də islahat aparılması xalqın xeyrinədir; ölkədəki ictimai-siyasi mühit azad və ədalətli seçkilərin keçirilməsi üçün münbit zəmin yaradıb; Azərbaycan qanunvericiliyi seçkidə bütün vətəndaşlara və siyasi partiyalara bərabərhüquqlu imkanlar verir.
Partiya rəhbərləri missiyanın nəzərinə Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarında seçki hüquqları pozulmuş və ev-eşiyindən didərgin düşmüş məcburi köçkünlərin seçkidə iştirak edə bilmələri üçün Azərbaycan hökumətinin gördüyü tədbirləri də çatdırdılar.
Siyasətçilərin çıxışlarında vurğulandı ki, hazırda Azərbaycanda demokratik və sabit seçki mühiti var. Seçkiyə qoşulmayan bəzi partiyaların irəli sürdükləri iddialar əsassızdır.
Görüş maraqlı diskussiya şəraitində keçdi.



MM buraxıldı: Seçkilərin vaxtı açıqlandı
Növbədənkənar parlament seçkiləri ilə bağlı bu TARİXDƏ QƏRAR VERƏCƏK
Milli Məclisin deputatlarına pul mükafatı verildi
Deputatların xarici səfərləri ləğv olundu
Parlament seçkilərinin vaxtı təyin edildi
Naxçıvan Ali Məclisi də buraxılacaq?
MSK bu şəxslərə çağırış etdi
Milli Məclisin buraxılması müzakirəsi başladı
Konstitusiya məhkəməsi bugün yekun qərar verəcək
Gözlər KM- də- Mühüm qərar gözlənilir
Seçkilərə bu tarixdə yekun vurulacaq
Milli Məclisin buraxılması ilə bağlı qərarın - Tam mətni
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 