İraqın Kərkük şəhərindəki neft quyularına ABŞ nəzarət edəcək. ONN media xəbər verir ki, bu barədə İraq Türkmən Cəbhəsinin (ITC) sözçüsü Məhəmməd Saman danışıb. Mətbuat katibi bildirib ki, Bağdadda qısa müddətdə hökumət qurulmasa, bölgədə təhlükəsizlik boşluğu yarana bilər. Bu durumda, Kərkükün neft quyuları ABŞ əsgərlərinin nəzarətinə veriləcək. Kərkükdəki K1 hərbi bazasında yerləşən amerikalı əsgərlərin iki gün öncə şəhər mərkəzində görüldüyünə diqqət çəkən Saman illərdir ki, bazalarından bayıra çıxmayan əsgərlərin şəhər mərkəzində olmasını təsadüf kimi dəyərləndirib. Qeyd edək ki, ABŞ 2003-cü ildə işğal etdiyi İraqa 165 minə yaxın əsgər göndərmiş və 2011-ci ilə qədər bu qüvvələr İraqda qalmışdı. Barak Obamanın təlimatı ilə bütün əsgərlər İraqdan geri çəkilmişdi. İŞİD terror təşkilatının baş qaldırmasından sonra dövrün Baş naziri Nuri əl-Maliki ABŞ-dan yenə əsgər tələb etmişdi. İki ölkə arasında imzalanan razılaşmaya görə, İraqda 5 mindən çox ABŞ əsgəri var. Xatırladaq ki, Kərkükdə kürdlərlə yanaşı, çox sayda türk tayfaları da məskunlaşıb.(publika)
SON SAAT: ABŞ ordusunu türklərin vətəninə yeridir


Kərkükə 3 raket atıldı: 1 nəfər öldü, onlarla əsgər yaralandı
ÇAĞIRIŞ EDİLDİ: ABŞ-a qarşı milyonlarla insan ayağa qalxır
Trampdan 2 ölkə ilə bağlı KRİTİK AÇIQLAMA
İraqda GƏRGİNLİK - 6 ölü
İraqda gözlənilməz hadisə
"İraq Suriyaya hərbçi göndərə bilər"- İraqın baş naziri
İŞİD bu ölkəyə 100 milyard dollar zərər vurub
İraq Türkmən Cəbhəsinin liderlərindən biri qətlə yetirildi
Nüsrət Mərdan mühacirətdə vəfat etdi
Daha bir ölkə İraqı tərk etdi
İranın raket zərbələri: 30 -dan çox amerikalı əsgər...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 