Bakı Dövlət Universiteti bu gün səhər saatlarında ali təhsil ocağının ikinci korpusunun pəncərəsindən asılan “Pulsuz Təhsil” şüarına münasibət bildirib. BDU-dan Metbuat.az-a verilən məlumata görə, mövcud qanunvericiliyə uyğun olaraq, Bakı Dövlət Universitetində ödənişli əsaslarla təhsil alan bəzi kateqoriyalara aid olan tələbələrin təhsil haqqı təsdiqedici sənədlər təqdim etdikləri halda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bildirilib ki, universitetdə hazırda 21842 nəfər bakalavr, 1553 magistr, 700 nəfər doktorantura pilləsində təhsil alır: "Onlardan 11834 nəfəri və ya 54,18 faizi dövlət sifarişli plan yerlərinə qəbul olunduğu üçün ödənişsiz əsaslarla təhsil alır. 2019-cu ildə dövlət sifarişli plan yerlərinin sayı ötən illə müqayisədə 2059 nəfər artıb. Belə ki, ölkə Prezidentinin müvafiq sərəncamına və qanuna uyğun olaraq təhsil aldığı müddətdə məcburi köçkün statusu olan tələbələr, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan tələbələr, şəhid ailəsi statusunu almış ailənin üzvləri olan tələbələr, hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər, hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar, bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər təhsil haqqından azad edilirlər. Bu kateqoriyaya aid olan 2327 nəfər tələbə də təhsil haqqından azaddır. Həmçinin BDU-da təhsilin bütün pillələri üzrə 11779 nəfər təqaüd alır. Eyni zamanda 2019-cu ilin may ayından etibarən BDU-nun rəhbərliyinin qərarı ilə burada təhsil alanlar təhsil haqqını tam və ya tədris ilinin sonunadək hissə-hissə ödəyə bilərlər". Qeyd edək ki, səhər saatlarında BDU-nun ikinci korpusunun pəncərəsindən asılan “Pulsuz Təhsil” şüarı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Şahidlərin sözlərinə görə, bir qrup tələbənin asdığı deyilən şüar qısa müddət ərzində yığışdırılıb.
BDU-dan tələbələrin “pulsuz təhsil” şüarına münasibət



Bu tələbələr təhsil haqqından azad olunacaq
Azərbaycanda tələbələr nə qədər təqaüd alır?
Azərbaycanda təqaüd alan tələbələrin sayı açıqlandı
DİQQƏT- Bu tələbələr pulsuz təhsil alacaq
1481 nəfər ödənişsiz təhsil alacaq
ŞAD XƏBƏR- Təhsil haqqını dövlət qarşılayacaq - Rəsmi
Tələbələr üçün 40 milyon ayrıldı
Tədris dövlət hesabına aparılarsa... - Nazir
Bu şəxslər də özəl universitetlərdə pulsuz təhsil ala biləcək
Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR
Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək
Təqaüdlər nə qədər artdı? – Nazir açıqladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 