"Hazırda ödənişli təhsil alan tələbələrə müxtəlif dəstək mexanizmləri müzakirə edilir".
ONN media xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, təhsil kreditləri bu mexanizmlərdən yalnız biridir, amma yeganə dəstək forması deyil: "Əlavə dəstək mexanizmləri üzərində iş gedir, hesablamalar aparılır, konkret olaraq hansı formada dəstək mexanizmləri olacaqsa, bu barədə növbəti aylarda daha geniş məlumat veriləcək". C.Bayramov əlavə edib ki, mövcud qanunvericiliyə əsasən, ali təhsil müəssisələrinin fəaliyyəti təhsil haqqının hesabına təşkil edilir: "Dövlət hesabına təhsil alanların təhsil haqqını dövlət ödəyir. Son 1 il ərzində dövlət hesabına təhsil alan tələbələrin sayında ciddi artım baş verib. 2019-cu ildə bu cür təhsil alanların sayı 66 faiz artıb. Lakin ödənişli təhsil alan tələbələrin ödədiyi təhsil haqları ali məktəblərin gəlirlərinin böyük hissəsini təşkil edir. Buna görə də ali məktəblər təhsil haqlarından asılı vəziyyətdədirlər. Təhsil Nazirliyi olaraq ali məktəblərə tövsiyə etmişik ki, təhsil haqqı ödənişlərini dərs ili başlayan zaman birdəfəyə deyil, hissə-hissə ödənilməsinə baxsınlar. Əminəm ki, əksər ali məktəblər məhz bu formada iş qurublar".Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR



Təqaüdlər nə qədər artdı? – Nazir açıqladı
Azərbaycanda tələbələr nə qədər təqaüd alır?
Azərbaycanda təqaüd alan tələbələrin sayı açıqlandı
Bu tələbələrə güzəşt ediləcək - Nazirdən ŞAD XƏBƏR
Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək
110 min tələbənin təqaüdü 20 faiz artırılıb – Nazir
ŞAD XƏBƏR- Təhsil haqqını dövlət qarşılayacaq - Rəsmi
Bu universitetlərdə təhsil alan tələbələrə ŞAD XƏBƏR
Tələbələrin təqaüdləri və qaydalar dəyişib
Təhsil haqqını ödəyə bilməyən tələbələrin diqqətinə
Tədris dövlət hesabına aparılarsa... - Nazir
Bu tələbələr təhsil haqqından azad olunacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 