Beşinci çağırış Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun 2020-ci il fevralın 9-da ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılmayacağı barədə bəzi xəbərlər yayılıb. ONN media xəbər verir ki, modern.az saytı yayılan xəbərləri dəqiqləşdirmək üçün Valeh Ələsgərovun özü ilə əlaqə saxlamağa çalışıb. Valeh Ələsgərov əməkdaşımızla söhbət əsnasında bu barədə ətraflı danışmaq istəməyib: “Seçkilərə qatılıb-qatılmamaq şəxsi məsələdir. Yaxşı olar ki, digərlərinə müraciət edəsiniz”. Qeyd edək ki, Valeh Ələsgərov 2015-ci il noyabrın 24-dən Milli Məclisi sədrinin müavinidir. 1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyasının) Neft-mədən fakültəsini bitirib. 1970–1991-ci illərdə SSRİ Neft-Qaz Sənayesi Nazirliyinin «Permneft», «Azneft» istehsalat birliklərində, 1992–2005-ci illərdə «Azərneft» Dövlət Konsernində, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışıb. Əməkdar mühəndisdir. «Şöhrət» ordeni ilə təltif edilib. 2-ci dərəcəli «Vətənə xədmətə görə» ordeninə layiq görülüb. Üçüncü və dördüncü çağırış Milli Məclisinin deputatı olub. 2015-ci il noyabrın 1-də 102 saylı Samux-Şəmkir seçki dairəsindən beşinci çağırış Milli Məclisin deputatı seçilib. Valeh Ələsgərov heç bir partiyanın üzvü deyil. Bitərəfdir.
Valeh Ələsgərov parlament seçkisinə qatılmır?



Valeh Ələsgərov yeni vəzifəyə təyin edildi
Prezident Valeh Ələsgərovla bağlı sərəncam imzaladı
Komaya düşən meyxanaçı vəfat etdi
Milli Məclisin birinci vitse-spikeri kimdir? - Dosye
Binəli Yıldırım Azərbaycanda
Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin edildi
SOCAR-ın yeni vitse-prezidenti kimdir? - Dosye
Qanköçürmə İnstitutuna yeni direktor TƏYİN EDİLDİ
Məşhur meyxanaçı niyə komaya düşdü?
Azərbaycanda sabiq nazir həyatını itirdi
Milli Məclisin yeni sədr müavini İbrahimli... - Daha bir ilk
Milli Məclisdə qəbula düşmək istəyənlərin nəzərinə
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 