Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İsgəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub. ONN media xəbər verir ki, Daşqın İsgəndərov 1965-ci ildə Şamaxı rayonunda anadan olub. 1983-1985-ci illərdə hərbi xidmətdə olub və xidməti tamamlayaraq 1985-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsinə daxil olub. İnstitutu 1991-ci ildə bitirərək dağ mühəndisi ixtisasına yiyələnib. 1991-ci ildə 28 May Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) 5 saylı dərin dəniz özülündə neft-qazçıxarma operatoru kimi əmək fəaliyyətinə başlayıb. 1999-cu ilədək orada operator, mühəndis, Neftin və qazın ilkin hazırlanması və nəqli sexinin rəisinin müavini və rəisi vəzifələrini icra edib. 1999-2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində və daha sonra “BP Exploration Caspian Sea Limited” şirkətində əməliyyatlara nəzarət mərkəzində texnik və daha sonra istehsalat üzrə sahə rəhbəri vəzifəsində çalışıb. 2007-2010-cu illərdə 28 May NQÇİ rəisinin 1-ci müavini, daha sonra isə rəisi vəzifəsinə təyin edilib. Daşqın İsgəndərov 2010-cu ildə Azneft İstehsalat Birliyində Baş direktorun 1-ci müavini vəzifəsində işləyib. 2011-ci ildən etibarən Azneft İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışıb. D.İsgəndərov 15-dən çox elmi məqalə, o cümlədən dərslik kimi istifadə olunan 2 kitab, 8 ixtira və patent müəllifidir. O, 2014-cü ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. Azərbaycanda neft yataqlarından sənaye üsulu ilə iki milyardıncı ton neftin hasil edilməsi münasibətilə neft və qaz sənayesinin inkişafında xidmətlərinə görə 2017-ci il noyabr ayının 7-də “3-cü dərəcəli Əmək ordeni” alıb. Ailəlidir, 2 övladı var.
SOCAR-ın yeni vitse-prezidenti kimdir? - Dosye



Naftalanın icra başçısı vəfat edib
Elman Rüstəmovun yerinə seçilən şəxs kimdir? - DOSYE
Kürdəmirin həbs edilən icra başçısı kimdir? — DOSYE
Xoşbəxt Yusifzadə vəfat edib
Pərviz Əhmədova yüksək vəzifə verildi
Milli Məclisin birinci vitse-spikeri kimdir? - Dosye
"Azneft" İB ötən ilin hasilat planını artıqlaması ilə yerinə yetirib
Nazir Yavər Camalov dəfn olundu
Azərbaycanda yeni neft sazişi təsdiq ediləcək
Prezidentin vəzifədən uzaqlaşdırdığı icra başçısı kimdir?- Dosye
Sektor müdirinə “Azəriqaz”da VƏZİFƏ VERİLDİ
SON DƏQİQƏ: Ayaz Mütəllibov vəfat etdi
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 