Tripolidəki hökuməti xilas edə biləcək tək ölkə Türkiyədir.
ONN media xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Türkiyə parlamentinin Liviyaya hərbi yardım göndərilməsi ilə bağlı qərarını şərh edərkən deyib. O bildirib ki, Liviyanın mərkəzi hökuməti Türkiyədən hərbi dəstək gözləyir:
"Müxalif general Haftarın hərbi birlikləri paytaxt Tripoliyə yaxınlaşır. Tripolidəki hökuməti xilas edə biləcək tək ölkə Türkiyədir. Ankara Tripoliyə dəstək verəcək, əks halda Haftar Liviyada nəzarəti tam ələ keçirəcək. Belə olan halda isə Liviya Aralıq dənizində formalaşan antitürkiyə blokuna (İsrail-Kipr Respublikası-Yunanıstan-Misir) qoşulacaq. Bu baş verməsin deyə, Türkiyə yaxın günlərdə hərbi birliklərini Tripoliyə göndərəcək. Açıq demək lazımdır ki, Tripolidə türkiyəli hərbi mütəxəssislər indi də var, sadəcə, əlavə güc lazımdır".
Ekspertin sözlərinə görə, Türkiyə Suriyadan sonra Liviyaya da hərbçilərini göndərməyə məcburdur:
"Cümhuriyyət Xalq Partiyası Prezident Rəcəb Tayyib Ərdoğanı tənqid edərək deyir ki, “türk hərbçilərinin Suriyada və Liviyada nə işi var. Əlbəttə, Türkiyədə bu mövqeyi dəstəkləyənlər az deyil. Ancaq medalın başqa üzü də var. Türkiyə öz sərhədlərindən kənarda fəal olmasa, antitürk qüvvələr ətrafdakı boşluqları öz xeyirlərinə dolduracaqlar. Bu isə Türkiyənin bölgədəki imkanlarını məhdudlaşdıracaq. Avrasiya qaynayır, öz qınına çəkilən böyük güc demək olar ki, yoxdur".
Qeyd edək ki, Türkiyə parlamenti 325 lehinə, 184 lehinə olmaqla hərbi qüvvələrin Liviyaya müdaxiləsinə icazə verib.



Türkiyə hərbçiləri Liviyaya çatdı
Türkiyə bu ölkəyə hərbi texnika yeritdi
Liviyada son DURUM NECƏDİR?
Haftar həbs olunur: Qərar verildi
Qərar verildi, Türkiyə bu ölkəyə ORDU YERİDİR
SON DƏQİQƏ: Bu ölkə Türkiyə ilə müharibəyə hazırlaşır
Türkiyə-Yunanıstan müharibəsi başlaya bilər – Qırıcılar əmr gözləyir…
Ərdoğan Türkiyə və Azərbaycan arasında mühüm sənədi təsdiqlədi
Türkiyədən Yunanıstana İSMARIC
Türkiyə bu ölkədə hərbi dəniz bazası yaradacaq - YENİ RAZILAŞMA
SON DƏQİQƏ: hava limanına hücum edildi
Türkiyə bu ölkədə hərbi baza YARADACAQ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 