İranlı generalın öldürülməsi İrəvanı da ciddi düşündürüb. Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ölkəsinin bölgədəki səfirlərini təcili İrəvana çağıraraq iclas keçirib".
ONN media xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Siyasi şərhçi bildirib ki, erməni nazirin səfirlərlə nəyi müzakirə etdiyi barədə məlumat yoxdur: "Ancaq təxmin etmək olar ki, Amerika-İran qarşıdurmasının Ermənistana təsiri məsələləri müzakirə olunub. Amerikanın keçmiş SSRİ məkanındakı ən böyük səfirliyi İrəvandadır. Amerika səfirliyi İrəvan üzərindən Ermənistanla sıx əlaqələri olan həm Rusiyaya, həm də İrana boylanır. Ermənistan həm bu səfirliyin təhlükəsizliyini gücləndirməli, həm də İranla siyasi əlaqələr zəiflətməməyə çalışmalıdır. Ermənistan Amerikanın ianələrinə möhtac olduğu qədər İranla siyasi və iqtisadi əlaqələrə də ehtiyac duyur. Amerika-İran qarşıdurması güclənərsə hər ikisindən bəhrələnmək çətin olacaq".
E.Şahinoğlunun fikrincə Azərbaycan da Amerika-İran qaşdurmasının güclənəcəyi halda, neytral siyasətinə davam etməlidir: "Biz qarşıdurma istəmirik, bu maraqlarımıza ziddir. Hansısa seçim qarşısında da qalmaq istəmirik. Ancaq bölgədə bizdən asılı olmayan olaylar baş verərsə, mümkün ssenarilər ətrafında biz də düşünmək məcburiyyətindəyik"



Paşinyan Rəisi ilə görüşdə hansı məsələləri müzakirə etdi?
İrəvandan Rusiyaya sürpriz
İranlı generallar İrəvana gəldi - NİYƏ?
İrandan Azərbaycanla bağlı qərəzli paylaşım
İranla Azərbaycan hərbi sahədə əməkdaşlıq etmək istəyir
"İran olmasa, Ermənistan acından ölər" - Politoloq
İrandan Ermənistana daha bir XƏBƏRDARLIQ
İran səfirliyi Azərbaycan xalqını təbrik edib
İran və Rusiya arasında gərginlik niyə artır?
İran Ermənistana buna görə artıq "yalvarır"
Ceyhun Bayramov iranlı həmkarı ilə nəyi müzakirə etdi?
Bakı-Tehran gərginliyi: Kreml hansı addım atır? - Markov
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 