Yanvarın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən ONN media -ya verilən məlumata görə, əvvəlcə Komissiyanın 2019-cu il dekabrın 28-də keçirilmiş iclasının protokolu təsdiq olunub. Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilər və 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar maraqlı subyektlərin də iştirakı ilə MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Milli Məclisə seçkilərə dair müraciətlərin müzakirəsindən sonra Komissiya namizədin qeydə alınmaması ilə bağlı müvafiq dairə seçki komissiyasının qərarının ləğv edilərək, namizədliyi öz təşəbbüsü ilə irəli sürülən bir nəfərin Milli Məclisə seçkilərdə namizədliyinin qeydə alınmasına qərar verib. Ötən il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərin müzakirəsi zamanı da vətəndaşların seçki hüquqlarının daha səmərəli və effektiv təmin olunması üçün geniş, hərtərəfli və obyektiv araşdırılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib. Komissiya üzvlərinin müzakirəsindən sonra 30 saylı Suraxanı birinci seçki dairəsinin 24 və 31 saylı Suraxanı ikinci seçki dairəsinin 30 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab olunub, eləcə də sözügedən seçki məntəqələrinin məntəqə seçki komissiyaları buraxılıb. Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin seçkilərlə bağlı cari məsələlərə baxılıb.
MSK bu seçki komissiyalarını buraxdı - QƏRAR



Prezidentliyə namizədlərin sayı 15-ə çatdı
Bələdiyyə seçkilərinin İLKİN NƏTİCƏLƏRİ AÇIQLANDI
Gözlər MSK-da - Seçkilərlə bağlı YEKUN TOPLANTI BAŞLADI
Bələdiyyə seçkilərində bu iki məntəqənin nəticələri ləğv edildi
MSK pozuntulara görə 2 məntəqədə nəticələri LƏĞV ETDİ
MSK-nın iclası başlayır- NƏLƏR OLACAQ?
MSK-da ilk qərar verildi
Bələdiyyə seçkilərinin nəticələri nəvaxt təsdiqlənəcək?
MSK-nın iclası başladı – Bu məsələlər müzakirə olunur
Parlament seçkiləri ilə bağlı 7 nəfərin namizədliyi təsdiq olundu
Seçkilərdə iştirak edəcək seçicilərin sayı açıqlandı
Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdirildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 