Dünya Səhiyyə Təşkilatı Çində sürətlə artan naməlum xəstəliyin gedişatını izləyir və dövlət rəhbərliyi ilə tədbirlər planı barədə danışıqlar aparır.
ONN media xəbər verir ki, yeni xəstəlik əlamətlərinə görə pnevmoniyaya bənzəyir. Rəsmi rəqəmlərə görə, 46 nəfər bu xəstəliyə yoluxub. Yuxan şəhərində ilk dəfə aşkarlanan xəstəliyin hansı patogen tərəfindən törədildiyi məlum deyil. Virus pnevmoniyasının potensial səbəbləri çoxdur, onlardan bəziləri hələ geniş öyrənilməyib. Yuxan şəhərində ilkin yoluxmanın təzə dəniz məhsulları bazarında baş verdiyini nəzərə alaraq, bazarı bağlayıblar.
Xəstələr nəfəsalmada çətinlik, qızdırma və titrətmədən əziyyət çəkir. Döş qəfəsinin rentgeni göstərir ki, virus ağciyərlərin ayrı-ayrı hissələrini kəskin zədələyir. Tibb mütəxəssisləri bu yeni xəstəliyin atipik pnevmoniyanın yeni növü olmasını inkar edir və ağır pnevmoniyanın yeni forması olmasını bildirir. Əgər belə olarsa, xəstəliyin müalicəsi çətinləşir və ölənlərin sayı arta bilər.
Belə ki, 2003-cü ildə pnevmoniyanın SARS növünün alovlanması nəticəsində 774 nəfər ölmüşdü.
ÜST Çinə səfər edənlərin ehtiyatlı olmasını məsləhət görür. Çin sərhədlərində sanitar-karantin nəzarəti gücləndirilib.



Cinsi yolla yayılan yeni xəstəlik: Həkimlər narahatdır
Azərbaycanın səhiyyə naziri koronavirusla bağlı əmr imzalayıb
Ağcaqanad dişləməsindən yaranan xəstəlik
Hindistanda 350 nəfər naməlum xəstəliyə yoluxdu
Üç gündə 13 uşaq naməlum virusdan öldü
Baş infeksionist: "Xəstəlik Azərbaycana da keçə bilər"
Qorxunc proqnoz- XƏSTƏLİK YAYILIR
Koronavirusun ilk əlaməti qızdırma deyil — Ağlınıza gəlməyəcək simptom
DİQQƏT- Uşaqlar arasında yeni xəstəlik yayılır
Valideynlərin NƏZƏRİNƏ- Yeni virus yayılır
Bakıda yeni virus yayıldı- XƏBƏRDARLIQ
Ölümcül qrip riski Azərbaycanda
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 