Sarı qızdırma xəstəliyi yüksək qızdırma, intoksikasiya, hemorragiya, sarılıq, qaraciyər və böyrəklərin zədələnməsilə gedən ağır virus infeksiyasıdır. Bu xəstəlik ağcaqanadların dişləməsi ilə yayılır.
Xəstəlik barədə məlumatları təqdim edir.
İnsanların sarı qızdırmaya həssaslığı yüksəkdir. Yoluxmadan sonra virus əvvəlcə limfa vəzilərində çoxalır, sonra hemotogen yolla damarları, qaraciyəri, böyrəkləri, baş beyini zədələyir.
Daha sonra damar keçiriciliyi artır, hepatositlər distrofiyaya və nekroza uğrayır, böyrək kasacıqları və yumaqcıqlar zədələnir. Bu dəyişikliklər daxili orqanlarda qansızmalar şəklində özünü göstərir.
Klinikası:
Xəstəliyin inkubasiya dövrü 10 gündür. Sonra güclü üşütmə və qəfil qızdırma yaranır. Hərarət 40 dərəcəyə qədər yüksəlir.
Pasiyentdə baş, bel, oynaq ağrıları başlayır, başgicəllənmə olur. Xəstələr həyəcanlı olurlar, yuxusuzluq, yanğı, ürəkbulanma və qusmadan şikayət edirlər.
Xəstələrdə üz, boyun, göz kapilyarları genişlənir, nəbz sürətlənir, təzyiq artır, dəridə sarılıq, mədədən, diş ətindən, burundan qanaxmalar başlayır.
DİAQNOZ:
Qanın analizində virusa qarşı anticismin 4 dəfədən artıq göstərməsi sarı qızdırmanın olmasını təsdiqləyir.
MÜALİCƏSİ:
Patogenetik və simptomatik müalicə məqsədilə vitaminlərdən, dezintoksikasiya məhlullarından, antibiotiklərdən istifadə edilir, hemodializ, hemostatik tədbirlər görülür.
Profilaktika məqsədilə xəstə tədric olunur, vaksinlə peyvənd aparılır.
Bu qızdırma növü ilk dəfə 1901-ci ildə W. Reed, J. Carrol tərəfindən aşkarlanıb. Virus Afrika və Amerika qitələrində 1647-ci ildən məlumdur.
Virus heyvanın daxili üzvlərində, beynində və qanında müşahidə olunur. Sarı qızdırma kəskin ağır keçən xəstəlik olub, insanlarda 30-60%hallarda ölümlə nəticələnir.
Xəstəliyi daha çox Haemoqoqus və Aedes, Afrikada Aedes africanus və başqa ağcaqanadlar yayır. Xəstəliyin 2 ocağı məlumdur. Təbiət və şəhər ocağı.
Təbiətdə ağcaqanad meymunlardan, gəmiricilərdən və kirpidən yoluxur. Həşəratın bədənində virus 8-12 günə çoxalır.
Şəhərlərdə infeksiya mənbəyi insan, keçirici Aedes aegypti-dir. Xəstəlik epidemiya şəklində yayılır. Hazırda tropik bölgələrdə görülür və vektorlar vasitəsi ilə insanlara yoluxur. Sarı sözü bəzi xəstələrdə görünən sarılıq simptomundan gəlir.
Profilaktika:
Malyariyada olduğu kimi ağcaqanadlardan qorunmaq böyük əhəmiyyət daşıyır. Sarı qızdırmadan peyvənd ilə sığortalanmaq mümkündür.
Sarı qızdırmanın aktiv olduğu yerlərə gedənlərin və ya bu bölgələrdən başqa ölkələrə keçənlərin sarı qızdırmaya qarşı peyvənd olunması mütləqdir. Peyvənd ömür boyu etibarlıdır.



DİQQƏT- Uşaqlar arasında yeni xəstəlik yayılır
Dəhşətli xəstəlik yayılır
VALİDEYNLƏRİN DİQQƏTİNƏ- İki virus yayılıb
Səhiyyə Nazirliyi: “Qorxulu virus aşkarlanmayıb”
DİQQƏT- Uşaqlar arasında virus yayıldı
Yazda ən çox yoluxduğumuz infeksiyalar bunlardır
DİQQƏT- Virus yayılıb, bunu ETMƏYİN
Adi soyuqdəymə ilə səhv salınan 4 TƏHLÜKƏLİ XƏSTƏLİK
Öldürücü xəstəliklərdən necə qorunmaq olar?
Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus NƏDİR?
Meymunçiçəyi ilə bağlı BİLMƏDİKLƏRİNİZ
“Meymun çiçəyi” kabusu davam edir - Daha bir ölkədə aşkarlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 