Bir müddət bundan öncə ziyalılarla görüşdə Memarlar İttifaqının sədri təklif vermişdi ki, Bakının mərkəzi rayonu formalaşsın. Mən Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq göstərişlər vermişəm.
ONN media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.
Prezident yeni təyin olunan komitə sədrinə tapşırıb ki, Bakı Şəhər İcra Hakimiyyəti, Memarlar İttifaqı yığışıb birlikdə təklifləri konkretləşdirisin: "Çünki bunun üstündən artıq uzun müddət keçib, ancaq hələ ki, mənə heç bir təklif verilməyib. Mən prinsip etibarilə bu təklifi dəstəkləyirəm. Çünki belə olan halda mərkəzi rayonda bu rayona uyğun xüsusi mühafizə tədbirləri görülə bilər və memarlıq abidələrimizə diqqət daha da yüksək ola bilər. O ki qaldı, yeni binaların tikintisinə, burada qaydalar daha da sərt olmalıdır.
Bir daha demək istəyirəm ki, Komitənin funksiyaları genişlənir. Mən Komitənin son vaxtlardakı fəaliyyətini yüksək qiymətləndirirəm. Sizin bu vəzifəyə təyin olunmağınızda bu amil əsas rol oynayır. Siz bu məsuliyyəti dərk etməlisiniz. Ölkəmizin hər bir yerində bütün inşaat işləri müasir şəhərsalma qaydalarına uyğun aparılmalıdır".



Prezident bu şəxslərə xəbərdarlıq etdi
Prezident bu komissiyanın tərkibini dəyişdi
Bakıda qeyri-qanuni tikinti dayandırıldı
Parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin edildi
Sadıqovla bağlı sərəncam verildi
İlham Əliyev sərəncam imzaladı
Bakıda tıxaclara SON: Xüsusi QƏRARGAH yaradıldı
Prezident yeni sədri qəbul etdi
Prezidentdən yeni inqilabi islahat anonsu
Bakı Şəhərinin yeni icra başçısı kimdir? - DOSYE
10 yeni su anbarının tikintisi nəzərdə tutulur - Ölkə başçısı
Deputatdan nazirə təklif: Onlara dəfn müavinəti verilsin
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 