VI çağırış Milli Məclisin komitə sədrləri xidməti avtomobillərlə təmin edilib.
ONN media xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, V çağırış Milli Məclisin komitə sədrlərinin bir neçəsinin avtomobili yeni seçilən komitə sədrlərinə verilib.
Məlumatı V çağırış Milli Məclisin Elm və təhsil komitəsinin sədri, hazırkı deputat İsa Həbibbəyli əsdiqləyib.
O bildirib ki, bir qayda olaraq keçmiş komitə sədrləri xidməti avtomobillərini hazırkı komitə sədrlərinə təhvil verirlər: “Mən də öz xidməti avtomobilimi indiki komitə sədri Bəxtiyar Əliyevə təhvil verdim”.
Milli Məclisin komitə sədrləri aşağıdakılardır:
1.Milli Məclis sədrinin I müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri – Əli Hüseynli;
2. Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri – Fəzail İbrahimli;
3. Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri - Аdil Əliyev;
4. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri – Ziyаfət Əsgərov;
5. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev;
6. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev;
7. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc;
8. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov;
9. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri – Tahir Mirkişili;
10. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov;
11. Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev;
12. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov;
13. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovа;
14. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Pаşayeva;
15. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov.
Milli Məclisin 15 komitəsindən 3-nün sədrinə isə komitə sədri kimi xidməti avtomobil verilməyib. Buna səbəb onların parlamentdə daha yüksək vəzifə sahibi kimi avtomobillə təmin olunmasıdır.



Bu deputatlara maşın verilir - Siyahı
Deputatların maaşları artırıldı
MM-in komitələrinə sədrlər seçildi - Sürpriz adlar
Deputatların maaşları ilə bağlı RƏSMİ AÇIQLAMA
Deputatların maaşı artırılacaq? - Açıqlama
Qənirə Paşayevanı Milli Məclisdə o əvəz edəcək
Deputatların maaşı ARTDI
4 partiya sədrinə vəzifə verildi
Milli Məclisdə qəbula düşmək istəyənlərin nəzərinə
MM-in komitə sədrləri məlum oldu - Tam siyahı
Milli Məclisin İntizam komissiyasının yeni Əsasnaməsi hazırlandı
Milli Məclisinin Şuşada keçiriləcək komitə iclaslarının qrafiki təsdiq edilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 