ONN İnformasiya Agentliyi

Tramp İranı hədələdi

Tramp İranı hədələdi
8-01-2020, 21:20


ABŞ Prezidenti Donald Tramp İranın ABŞ-ın İraqdakı iki hərbi bazasına ballistik raketlə hücumu ilə bağlı açıqlamalar verib.
ONN media xəbər verir ki, Tramp hücum zamanı amerikalı hərbiçilərin xəsarət almadığını təkrarlayıb: “Öncədən görülən təhlükəsizlik tədbirləri və sistemlərin çox yaxşı işləməsi səbəbindən itki olmayıb. Hazırda dəyən ziyan hesablanır. İrana cavab tədbirlərini müəyyənləşdiririk. Əlavə iqtisadi sanksiyalar tətbiq edəcəyik. İran rejimi öz davranışını dəyişənə qədər bu, davam edəcək”. Tramp sözlərinə əlavə edib ki, İngiltərə, Almaniya, Fransa, Rusiya və Çin nüvə müqaviləsindən imtina etməlidir: “Hamımız İranla razılaşma əldə etməliyik. Məqsəd dünyanı daha təhlükəsiz etməkdir”.
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png