İran Tehran vilayətinin Parand şəhəri yaxınlığında səhvən vurulan Ukraynaya məxsus sərnişin təyyarəsinə görə günahkarlar cəzalandırılmalıdırlar.
ONN media xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani hadisə ilə bağlı verdiyi bəyanatda deyib.
H.Ruhani bildirib ki, bu faciənin bütün günahkarlarını müəyyənləşdirmək istiqamətində araşdırmalar davam etməli və nəticələr İran xalqı, eləcə də hadisə qurbanlarının ailələrinə açıqlanmalıdır.
İran prezidenti əlavə edib ki, ölkənin havadan müdafiə sistemlərinin zəif cəhətlərinin araşdırılması ilə əlaqədar lazımi addımlar atılmalıdır ki, bir daha belə faciə təkrarlanmasın.
Ruhani İran Xarici İşlər Nazirliyinə meyitlərin müəyyənləşməsi və ailələrinə qaytarılması ilə bağlı göstəriş verib.
İranın dövlət başçısı baş verən faciəvi hadisə ilə əlaqədar həlak olanların ailələrinə başsağlığı verib və onların dərdinə şərik çıxıb.
Qeyd edək ki, Ukraynaya məxsus sərnişin təyyarəsinin Tehran yaxınlığında 8 yanvarda qəzaya uğraması nəticəsində 176 nəfər sərnişin və ekipaj üzvünün hamısı ölüb. Ölənlərin əksəriyyətinin İran vətəndaşıolduğu deyilir.



Ruhanidən daha bir üzr
İran Suriyaya dəstək verdi- "HƏMİŞƏ YANINIZDAYIQ"
İranda koronavirus bütün ölkəyə yayıldı- Ruhani
Ruhani AÇIQLADI: Hazırıq
Ruhani: Trampın gedişinə görə xoşbəxtik
Nyu-Yorkda Həsən Ruhaniyə İNANILMAZ QADAĞA
Ruhani: Dərdinizə şərikik
Ruhani ilə Qəni arasında kritik müzakirə
Ruhani ABŞ-a: Niyə regionda odla oynayırsız?
Həsən Ruhani Rusiyaya səfər edəcək
Generaldan şok- Təyyarə səhvən vurulmayıb
İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 