İctimai Televiziya və Radio Yayımları Şirkəti fevralın 9-da keçiriləcək parlament seçkilərində deputatlığa namizədlərə öz təşviqat kampaniyalarını aparmaq üçün ödənişli və ödənişsiz efir vaxtı verməyə hazırdır.
Bu barədə şirkətdən məlumat verilib.
Qeyd olunub ki, qanunvericiliyə uyğun olaraq ödənişsiz efir vaxtı 60-dan çox dairədə deputatlığa namizədi qeydə alınmış siyasi partiya və bloka veriləcək: "Bununla bağlı yanvarın 17-dən sonra İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Seçki Komissiyasına müraciət edəcək.
Ödənişli təbliğata gəlincə İTV və İctimai Radio artıq parlament seçkiləri çərçivəsində siyasi reklam üçün müəyyən etdiyi qiymətləri Mərkəzi Seçki Komissiyasına təqdim edib. Yayımlanma vaxtından asılı olaraq İTV-də siyasi reklamın bir saniyəsinin qiyməti 22-65 manat arasında dəyişir. İctimai Radioda isə siyasi reklamın bir saniyəsinin qiyməti 7-25 manat aralığındadır. Qiymətlər və siyasi reklamın efirə getmə vaxtları ilə daha ətraflı Mərkəzi Seçki Komissiyasının saytında tanış olmaq olar. Bu qiymətlər hazırda İTV və İctimai Radioda mövcud olan qiymətlər əsasında formalaşdırılıb.
2015-ci il parlament seçkilərinə nisbətən qiymətlərdə olan artım son 5 il ərzində reklam və televiziya bazarında baş vermiş dəyişikliklər, habelə İTV-nin və İctimai Radionun efirinin xeyli təkmilləşməsi ilə bağlıdır. Eyni zamanda İTV və İctimai Radionun bu siyasi reklamın yerləşdirilməsi üçün öz proqram şəbəkəsində dəyişiklik edəcəyi də istisna olunmur. Qanuna uyğun olaraq ödənişli siyasi təşviqat üçün nəzərdə tutulan vaxt namizədlər arasında bərabər bölüşdürüləcək.
Ödənişli efir üçün müraciətlər qanunda nəzərdə tutulmuş qaydada İctimai Televiziya və Radio Yayımları Şirkətinə edilməlidir.
İctimai Televiziya və İctimai Radio qarşıdan gələn parlament seçkilərinin ölkənin ictimai-siyasi həyatında rolunu anlayaraq seçkilər çərçivəsində maarifləndirmə, ödənişli və ödənişsiz təbliğata xüsusi fikir verəcək. Biz ictimai yayımçı olaraq qanunla üzərimizə düşən bütün öhdəlikləri tam həcmdə yerinə yetirməyə hazırıq".



YAP ödənişsiz efir vaxtından imtina etdi
Seçkilərlə bağlı daha bir məlumat
Prezidentliyə namizədlərə həftədə altı saat pulsuz efir veriləcək
İTV-də yeni təyinatlar olub
Deputatlığa namizədlərə pul veriləcəkmi?
İTV Azərbaycan xəritəsi ilə bağlı buraxılan səhvə görə açıqlama tələb etdi
Deputatlığa namizədlərin nəzərinə
İTV efir vaxtlarında dəyişiklik etdi
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edildi
İTV "Eurovision-2020" yarışması üçün mahnı qəbulu — ELAN ETDİ
Prezident İTV-yə maliyyə yardımı ayırdı
İTV-nin əməkdaşları koronavirusa yoluxdu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 