"Eurovision" mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna başlanılıb.
ONN media İctimai Televiziya və Radio Yayımları Şirkətinə istinadən xəbər verir ki, “Eurovision - 2020” üçün mahnı seçimində iştirak etmək istəyənlər 7 fevrala qədər öz mahnılarını [email protected] elektron ünvanına və ya (050) 235 85 65 whatsapp nömrəsinə göndərə bilərlər.
Azərbaycan üzrə rəsmi yayım hüququna sahib İctimai Televiziya və Radio Yayımları Şirkəti bu ilin mayında Hollandiyanın Rotterdam şəhərində keçiriləcək "Eurovision 2020" mahnı müsabiqəsində ölkəmizin təmsil olunacağı mahnı seçiminə dair şərtlərini də açıqlayıb.
Şərtlərdə qeyd edilir ki, göndəriləcək mahnı demo versiyada hazır şəkildə səsləndirilmiş olaraq təqdim edilməlidir. Mahnının xronometrajı Avropa Yayımları Birliyinin (EBU) şərtlərinə əsasən maksimum 3 dəqiqə olmalıdır. Mahnı 2019-cu ilin sentyabrın 1-dən öncə ictimaiyyətdə, eləcə də rəsmi olaraq hər hansısa mediada (televiziya, radio və ya internet resursları) yayımlanmamalıdır. Mahnı seçimi turunda iştirak edəcək hər kəs özü haqqında qısa məlumat da yollamalıdır.
Qeyd edək ki, müsabiqə üçün təqdim olunan mahnıların hansı müğənninin ifasında səsləndirilməsi seçimi yalnız “Eurovision”nun rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.
İTV "Eurovision-2020" yarışması üçün mahnı qəbulu — ELAN ETDİ



"Avroviziya-2021" üçün mahnı qəbulu elan edildi
İTV "Eurovision-2019" üçün mahnı qəbulunu elan edir
Azərbaycanın “Eurovision”da iştirakı təsdiqləndi
"Avroviziya" üçün mahnı seçimi elan olundu
İTV Azərbaycan xəritəsi ilə bağlı buraxılan səhvə görə açıqlama tələb etdi
Azərbaycanın Avroviziya-2021-də iştirakı təsdiqləndi - Təmsilçimiz...
Azərbaycanın səslərini onlar açıqlayacaq
Bu ölkə “Eurovision-2020” mahnı yarışmasında iştirak etməyəcək
“Eurovision”da səsləri Faiq Ağayev elan edəcək
“Eurovision” şərhçimizin adı MƏLUM OLDU
“Eurovision” finalçılarımız bəlli oldu
Azərbaycan "Eurovision" mahnısını seçdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 