10 yaşlı uşağı xüsusi amansızlıqla qətlə yetirilən bir ana necə olur ki, Bakıda ev xülyasına düşür? Axı, yandırılmış Nərminin nəşi hələ soyumayıb... Cəmi 7 gündür balasını torpağa tapşıran ananın gözünə Bakı nə vaxt göründü?
Sonuncu dəfə ötən il noyabrın 21-də gördüyü qızının yanmış meyitini tapan bu qadın uşağının hələ torpaq altında narahat olan bədənini, evlərinin üstündə uçan ruhunu qoyub, necə Bakıya can ata bilir?
Sənin indi gözlərin Nərminin ruhunu axtarmalıdır, dilin söz tutmamalıdır.
“Bakıda yaşamaq üçün ev istəyirəm...”
Bu sözü necə belə asanlıqla dilinə gətirə bilirsən? Hamımızın beyininin hər hücrəsində Nərmin dolaşdığı halda, o uşağı 9 ay qarnında gəzdirən ana özünə indi yer tapmamalı idi. Onun özü üçün indi arzuladığı ev balasının yanı olmalı idi.
Nərmin yandırılan gündən içimiz yandığı üçün özümüzə yer tapa bilmirik.
“Mənim bundan sonra harada yaşamağımın nə mənası var, balam əzab içində yandıqdan sonra...” - deməli idin axı!
Bəlkə havalanmısan, bəlkə özündə deyilsən, nə dediyini bilmirsən, dərk etmirsən, kim bilir. Əgər belədirsə, onda evində salamat qalan balaların üçün gün ağla, dil aç, kömək istə. Bəlkə onda mən səni daha gözəl başa düşərdim, ay Nərminin anası.
Nərminin yanmış bədəni məzara qoyulduğu gün də onun üçün mərmərdən qəbir daşı, aylıq müavinət, yaxşı iş yeri istəyirdin, ay ana. Nərminin 7 mərasimində Bakıdan ev arzusuna düşmüsən. Nərmini Tovuzda qoyub Bakıya necə gələcəksən, fikrin qalmazmı onun yanında? Axı indi hava soyuqdur, Nərminin heç məzarının üstü də götürülməyib, soyuq olmazmı ona? İndi sənin evdən bir yorğan, bir xalça götürüb sürüyə-sürüyə qəbiristanlığa aparıb qızının üstünə örtən vaxtındır. Balası belə öldürülən ana ən yaxşı halda bəlkə də havalanmalı idi. Havası çatmamalı idi, dizləri yer tutmamalı idi...
Anası harasa gedəndə uşağı onun dalınca ağlayar. Bəlkə də Nərmin məzarının üstündə oturub, anasının yolunu gözləyir...
Biz Nərminin başına gətirilən bu olayı oxuduqca, yazdıqca havalanırıq, bəs sən necə belə soyuqqanlı ola bilirsən?!
Mən Nərminin başına o oyunları kim açıb, onun bədəninə odu kim vurub, benzini kim töküb, ayaqlarını kim külə çevirib bilmirəm, ancaq bildiyim yeganə şey odur ki, Nərmini yandıran sənin qəlbinin soyuqluğu, ona sağ ikən göstərmədiyin istilik olub. Sənin laqeydliyinə görə yanıb Nərmin...
Nigar İxtiyarqızı



Nərmin öldürülərkən hamilə olub? – Valideyni danışdı
“Meyiti yerindən tərpətməmişik” - Yandırılan 10 yaşlı Nərminin atası
Tovuzda 10 yaşlı qızın öldürülməsi ilə bağlı YENİ FAKTLAR
Nərminin nənəsi yeni ittiham səsləndirir, amma...
Nərminin qatili Bakıya gətirildi
Nərminin qətli ilə bağlı dəhşətli fakt üzə çıxdı
İstintaq Nərminin qətli ilə bağlı dəhşətli DETALLARI ÜZƏ ÇIXARDI - ŞOK
Nərmini mən öldürmüşəm!..
Qızım evdən qaçıb amma...- Nərminin anasında şok
Nərminin qatili olduğu deyilən şəxs danışdı
Amansızlıqla öldürülən Nərminin dəfn mərasimi keçirilir
Yetim italyanın Bakı sərgüzəştləri... AYSEL OĞUZ YAZIR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 