Xəbər verdiyimiz kimi, ötən il Tovuz rayonununda itkin düşmüş 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın meyiti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb.
Çətin də olsa hadiəsinin təfərrüatları barədə Nərminin atası Şərif Quliyevlə həmsöhbət olduq.
Modern.az-a açıqlamasında hazırda hadisə yerində olduğunu deyən Şərif Quliyev baş verənlərə hələ də inanmadığını bildirib:
“Hazırda hadisə yerindəyik. Bakıdan ekspert qrupunun gəlişini gözləyirik. Bütün polis əməkdaşları, rəis, İcra Hakimiyyətinin nümayəndələri, kənd camaatı hadisə yerindədir. Heç meyiti yerindən tərpətməmişik. Baxdıq üstündəki paltarları yanıb. Daha detallı araşdırmadan sonra öyrənəcəyik nə baş verib”.
Ş.Quliyev qeyd edib ki, qohum-qonşuda şübhələndiyi kimsə yoxdur:
“Biz kiminləsə ədavəti olan adam deyilik. Öz halımızda, güzəranımızda yaşayan adamlarıq.
Hadisə qardaşımın uşağının toyundan bir gün sonra-21 noyabrda olub. Gödəkçəm qardaşımgildə qalmışdı. Özüm qızımı göndərdim ki, getsin mənim gödəkçəmi gətirsin. Gödəkçəni evdən götürüb küçəyə çıxandan sonra da yoxa çıxıb. Mən bu işin axırına kimi gedəcəm. Necə olur olsun, qızıma qarşı törədilmiş cinayətin aşkara çıxması üçün əlimdən gələni edəcəm. Mətbuat nümayəndələrindən bu işə diqqət yetirmələrini xahiş edirəm”.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.
Faktla bağlı Tovuz rayon Prokurorluğundan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.



Nərminin nənəsi yeni ittiham səsləndirir, amma...
Tovuzda 10 yaşlı qızın öldürülməsi ilə bağlı YENİ FAKTLAR
"İfadələri alınır" - Nərminin qətli ilə bağlı daha bir AÇIQLAMA
Amansızlıqla öldürülən Nərminin dəfn mərasimi keçirilir
Məhkəmədə Nərminin qətli ilə bağlı YENİ İDDİALAR - Atası qonşu kəndə getdi
Nərminin qatili azad edilir?
Nərminin qətlinə görə atasının sinif yoldaşı saxlanıldı - Əmisindən AÇIQLAMA
Nərminin qatilində təqsirli bilinən şəxsin məhkəməsinin vaxtı açıqlandı
Prokurorluqdan Nərminin qətli haqda: Yeni məlumat...
"Yalan deyirlər"- Nərminin əmisindən İlkin Süleymanovun atasına CAVAB
Nərmin Quliyeva cinayətində son durum
Nərmin öldürülərkən hamilə olub? – Valideyni danışdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 